“Olimpiya Hərəkatı - 2017” üzrə oyunlar davam edir
“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin Bakı şəhəri üzrə rayondaxili yarışları başa çatıb.
Yarışlarda Bakı şəhərinin 12 rayonundan 5 idman növü üzrə 8 minə yaxın məktəbli iştirak edib. Qaydalara uyğun olaraq hər rayon üzrə müvafiq idman növü üzrə qalib olmuş komanda finala vəsiqə qazanıb.
Qeyd edək ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı, Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil edilən “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növü üzrə keçirilir. Yarışlar Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt şəhərlərində və Göygöl rayonunda təşkil olunur.
Birinciliyin məktəbdaxili mərhələsinə Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsindən 90 minə yaxın məktəbli qatılıb.
“Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
