"Kapital Bank" "SABAH" qruplarının tələbələri üçün seminar keçirib
"Kapital Bank"ın əməkdaşları sosialyönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin "SABAH" qruplarında təhsil alan 100-dən çox tələbə ilə görüşüb. Görüş zamanı "Müsahibədə özünü təqdimat bacarıqları" mövzusunda seminar keçirilib.
Tədbirdə "Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul və yerləşdirilmə şöbəsinin rəhbəri Elçin Nəsibov və "SABAH" qruplarının İcra Komitəsinin sədri Şahin Seyidzadə iştirak edib.
"Kapital Bank"ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib ki, seminar zamanı tələbələrə düzgün iş axtarma yolları, müsahibələrə düzgün hazırlıq və iştirak barədə məlumat verilib. Həmçinin tələbələrin fəal iştirakını təmin etmək məqsədilə onları maraqlandıran suallar cavablandırılıb və bir neçə tələbə ilə iş müsahibəsi prosesi canlı olaraq səhnələşdirilib.
Qeyd edək ki, təhsil layihələrinə dəstək verən "Kapital Bank" Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirib. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
