Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları davam edir
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı keçirib. İmtahanda respublikanın 20 bölgəsindən müəllim olmağa hazırlaşan 560 nəfər iştirak edib.
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.
Növbəti elektron sınaq imtahanları aprelin 30-da Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək.
Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.
9 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
