Təhsil Texnologiyaları Mərkəzində elekton sınaq imtahanları keçiriləcək
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim və direktor olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanları keçirəcək.
Direktor vəzifəsində çalışmaq istəyən şəxslər aprelin 22-də, müəllimlər olmağa hazırlaşanlar isə aprelin 23-də elektron sınaq imtahanlarında iştirak edə bilərlər. Sınaq imtahanları Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində kompüter vasitəsilə keçiriləcək.
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub.
Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.
9 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
