IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə start verilir
Martın 30-dan IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib.
Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Yarışlar 11 idman növü -sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə iki mərhələ olmaqla 6 zonada keçiriləcək. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.
İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.
Yarışlar aprelin 26-da başa çatacaqdır.
9 il əvvəl
Digər xəbərlər
-
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16 -
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
21.04.2026 - 11:27 -
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
21.04.2026 - 10:40 -
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16
