“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi
16-18 noyabr tarixlərində Bakı Biznes Mərkəzində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsinin sonuncu mərhələsi keçiriləcəkdir.
Müsabiqənin 8 zona mərhələsində 8 nominasiya üzrə 1500 iştirakçıdan 200 məktəbli yekun mərhələdə iştirak etmək hüququ qazanıb.
İştirakçıların il ərzində apardıqları müşahidələr haqqında məlumatlar, becərilən kənd təsərrüfatı bitkiləri və fotoşəkillər Bakı Ekspo Mərkəzində keçiriləcək “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunacaq.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.
Müsabiqə Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyində yeni təyinat
07.02.2025 - 17:04 -
Bakı məktəbləri üçün “Rəqəmsal məktəb” platforması istifadəyə verilib
07.02.2025 - 15:00 -
Nazir İstanbul Okan Universitetinin təsisçisi ilə görüşüb
07.02.2025 - 14:28 -
Elm və təhsil naziri media üçün brifinq keçirib
06.02.2025 - 18:00 -
“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq konfrans başlayıb
04.02.2025 - 15:00