Çin universitetlərinə azərbaycanlı tələbələrin seçimi başa çatıb
Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə Çinin “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Sun Yat-Sen University”, “Harbin Engineering University” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Həmin tələbələr Beynəlxalq münasibətlər, Hüquq, İqtisadiyyat, Kənd təsərrüfatının iqtisadiyyatı və idarəetməsi, Kompüter elmləri və texnologiyaları, Sosial inkişaf və ictimai siyasət, Geologiya mühəndisliyi, Pedaqogika və digər ixtisas istiqamətləri üzrə bakalavriat (3 nəfər), magistratura (12 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.
9 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
