Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb.
Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb.
Öncə nazir qonağı Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib və onu səmimi salamlayıb. Misir Mərdanov şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində müasir tələblərə cavab verən yeni mexanizmin hazırlanması üzrə atılan müsbət addımlardan danışıb və ölkəmizin PİSA-Beynəlxalq Qiymətləndirmə Təşkilatının üzvü olduğunu xatırladıb. Eyni zamanda Misir Mərdanov Dünya Bankının dəstəyi ilə beynəlxalq qiymətləndirmə üzrə iş həyata keçirildiyi barədə qonağa məlumat verib.Nazir, həmçinin ümumtəhsil məktəblərinin buraxılış siniflərində mərkəzləşdirilmiş test imtahanlarının keçirilməsi, gələn ildən bu imtahanların ölkəmizin bütün orta məktəblərini əhatə etməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Nazir qonağın təmsil olunduğu təşkilatla əməkdaşlıq etməyə hazır olduğunu və ikitərəfli əlaqələrin yaradılacağına əminliyini vurğulayıb.
Cənab Simus Hiqarti Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın həyata keçirdiyi tədbirlər, qiymətləndirmə sahəsində gördüyü işlər barədə məlumat verərək bildirib ki, burada əsas olaraq riyaziyyat və təbiət elmləri, oxu bacarıqlarının qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Qonaq beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə istiqamətləri üzrə müvafiq məsələlər barədə də danışıb, assosiasiyaya üzv olan ölkələrin nümayəndələri üçün treninq və təlimlər keçirildiyini bildirib.
Görüşdə Azərbaycanı təmsil edən nümayəndənin bu qurumda təmsil olunması, assosiasiyaya üzv olan ölkələrlə əlaqələr yaradılması və digər məsələlər müzakirə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
