Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda keçirilən treninqin nəticələri ilə bağlı təqdimat olub.
Aprelin 8-də Təhsil Nazirliyində Kiyev şəhərində “Təhsil islahatları: qlobal məsələlərin regional həlli” mövzusunda keçirilən treninqin nəticələri ilə bağlı təqdimat olub.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq xarici ölkələrdə keçirilən müxtəlif tədbir və treninqlərdə iştirak edən nazirlik əməkdaşlarının səfər haqqında məlumat verməsinin zəruriliyini bildirərək bugünkü təqdimatı ilk təşəbbüs kimi dəyərləndirib, habelə müvafiq ənənənin davam etməsinin vacibliyini vurğulayıb.
Sonra Misir Mərdanov səfərlə bağlı təqdimat etmək üçün sözü nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirova verib.
F.Qədirov öncə məlumat verib ki, Dünya Bankı, YUNİCEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Treninqin mahiyyətini açıqlayan F.Qədirov bildirib ki, burada əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub.
Tədbirdə şöbə müdiri dünyada təhsil problemləri və inkişaf tendensiyaları, təhsil siyasətinin formalaşdırılması sistemi, idarəetmə və maliyyələşdirmə, müəllimlərin peşəkarlıq səviyyəsi, təhsil tədqiqatları və digər məsələlər haqqında iştirakçılara ətraflı məlumat verib, habelə iştirakçı ölkələrin nümayəndə heyətlərinin təqdim etdikləri milli layihələr barədə danışıb. Eyni zamanda F.Qədirov həmin treninqdə etdiyi “Müəllimlərin ixtisasartırma sisteminin islahatı” mövzusunda təqdimatdan söz açıb, Azərbaycanda bu sahənin əsaslı şəkildə təkmilləşdirilməsini nəzərdə tutan yeni tendensiyaları xüsusi qeyd edib.
Sonda nazir təqdimatın xüsusi əhəmiyyətini vurğulayaraq, təqdim edilən yeni təhsil tendensiyalarının nazirliyin fəaliyyətində nəzərə alınması barədə tapşırıq verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
