“Yaz həyəti” layihəsi çərçivəsində iməcilik
Aprelin 29-da “Yaz həyəti” layihəsi çərçivəsində təhsil müəssisələrində iməcilik keçirilib.
Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı, "Bir" Tələbə-Könüllü Proqramının dəstəyi ilə həyata keçirilən “Yaz həyəti” layihəsinin məqsədi şagird və tələbələr arasında ətraf mühitin qorunmasına dair maarifləndirmə işinin aparılmasıdan ibarətdir.
Layihə 48 rayon və şəhər üzrə ali, ilk peşə və orta ixtisas, eləcə də ümumi təhsil müəssisələrində həyata keçirilir. Mayın 1-dək təhsil müəssisələrinə ayrılmış 12 000-ə yaxın ağac tingi tədris ocaqlarına aid həyətyanı sahədə əkiləcək.
Həmçinin, "Yaz həyəti" layihəsi çərçivəsində Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsində müsabiqə keçiriləcək. Müsabiqənin şərtlərinə uyğun olaraq, seçilmiş məktəblər pedaqoji kolektivin, şagirdlərin və tələbə-könüllülərin iştirakı ilə təhsil müəssisəsinin həyətyanı sahəsinin təmizlənməsini, yaşıllığın salınmasını, ağacların gövdəsinin əhənglənməsini həyata keçirəcəklər. Layihənin sonunda Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və "Bir" Tələbə-Könüllü Proqramının nümayəndələri tərəfindən qalib müəyyən ediləcək.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
