Təhsil naziri Türkmənistan nümayəndə heyəti ilə görüşüb
Aprelin 27-də təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Türkmənistanın təhsil naziri Purli Ağamuradovla və Türkmənistan Elmlər Akademiyasının Prezidenti Meret Aşırbayevlə görüşüb.
Təhsil naziri Mikayıl Cabbarov türkmənistanlı qonaqları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sahəsində aparılan islahatlar haqqında məlumatlandırıb.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
