Final mərhələsinin püşkatma mərasimi
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, MOK, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” kütləvi idman proqramının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Basketbol 3x3 və badminton idman növləri üzrə Olimpiya sistemi ilə keçirilən püşkatma mərasimində finala vəsiqə qazanmış komanda rəhbərləri və müvafiq idman növləri üzrə hakimlər heyəti iştirak edib. Hakimlər tərəfindən tədbir iştirakçılarına final haqqında ətraflı məlumat və komandaların hazırlanması üzrə tövsiyələr verilib.
Tədbirə MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və müvafiq idman federasiyalarının nümayəndələri ilə birgə “Olympic Moves” beynəlxalq idman proqramının ulduz idmançıları – basketbolçu Amil Həmzəyev və badmintonçu Orxan Qələndərov, həmçinin tədbirin keçirilməsinə təşkilatı dəstək verən “Bir–Tələbə Könüllü” proqramının ali təhsil müəssisələri üzrə koordinatorları qatılıblar.
Məlumat üçün bildirək ki, Bakı şəhərindəki ümumi təhsil məktəblərində təhsil alan 50 mindən çox şagird sözügedən proqram çərçivəsində atletika, badminton, basketbol 3x3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlarla başlayan proqram Bakı üzrə rayon yarışları ilə davam edib. Yaxın günlərdə Bakı İdman Sarayında təşkil olunacaq final və idman festivalı ilə yarışlar başa çatacaq.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
