Təhsil naziri Mikayıl Cabbarov Moskva şəhərində səfərdədir
Moskvaya işgüzar səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Moskva Beynəlxalq Təhsil Salonunun açılış mərasiminə qatılıb.
Mərasimdə Rusiya Federasiyası Hökuməti başçısının müavini Olqa Qolodets, təhsil və elm naziri Dmitri Livanov çıxış ediblər. Mikayıl Cabbarov Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub.
Salonu ziyarət çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov və İran İslam Respublikasının təhsil naziri Əliəsgər Fani ilə işçi görüşlər keçirib, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
Aprelin 13-də təhsil naziri həmçinin, Rusiya Dövlət Humanitar Universitetinə səfər edərək bu ali məktəb, tədris ocağının muzeyi və kitabxanası ilə tanış olub. Ali təhsil müəssisəsinin prezidenti Yefim Pivovar və rektoru Yevgeni İvaxnenko ilə görüş zamanı mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Daha sonra Mikayıl Cabbarov A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüş keçirib. Görüşdə Azərbaycanın rus dili müəllimləri üçün təlimlərin təşkili sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Səfər aprelin 14-də davam edir.
10 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
