“Novruz mühazirələri” başlayır
Təbiətin dirçəlişi ilə elmin mahiyyəti arasında dərin fəlsəfi əlaqə var. Hər ikisi yaradıcı axtarışı ilə həqiqətə çatır. Əslində təbiət 4 fəslin bütövlüyündə özünü təsdiq edirsə, elm qoyduğu suallarla həqiqəti aşkarlayır.
Azərbaycanın milli-mental düşüncə tərzində “Novruz” un öz yeri var. Təbiətin oyanış rəmzləri “Novruz”un hikmətində elm, düşünmə və özünütəhlil üçün təbii zəmin yaradır. Bu, yaradılışın 4 başlanğıcıdır- Su, Od, Yel, Torpaq. Elmin əsas təcrübə sahələri də məhz bunlardır.
Əziz dostlar, baharın ilk çərşənbəsində “Novruz mühazirələr”inə başlayırıq.
İlk belə mühazirə fevralın 23-də - İçərişəhərdə - “Muğam klub”da keçiriləcək. “Novruz mühazirələri”nin ilk görüşündə akademik Urxan Ələkbərov “Davamlı inkişaf yaşıl düşüncə kontekstində” mövzusundan bəhs edəcək.
Mühazirələrin “Təhsil” TV tərəfindən çəkilişi və Təhsil Nazirliyinin internet resurslarında yayımlanması nəzərdə tutulur. Tədbirin informasiya dəstəyi “Azad Azərbaycan” televiziyası və Qafqazinfo.az saytına məxsusdur.
“Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları novruzmuhaziresi@media.edu.az elektron poçt ünvanına göndərərək 22.02.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).
Dəvət olunan şəxslərlə elektron poçt vasitəsilə əks-əlaqə saxlanılacaq.
Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
21.11.2024 - 11:44 -
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
20.11.2024 - 10:38 -
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
19.11.2024 - 18:15 -
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
19.11.2024 - 17:53 -
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
19.11.2024 - 16:30