Qaliblər mükafatlandırıldı
YUNESKO-nun 70 illik yubileyi və 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Estetik Tərbiyə üzrə Respublika Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında keçirilən tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, internat məktəblərin, yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları və sülh problemləri üzrə YUNESKO Mərkəzi ilə birgə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd BMT və YUNESKO tərəfindən hər il qeyd olunan 21 sentyabr-Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Müsabiqə üç yaş qrupu üzrə: 6-9, 10-14 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilib, hər yaş qrupu üzrə 9 qalib iş seçilib. Rayon (şəhər) və respublika mərhələləri olmaqla 2 mərhələdə təşkil edilən müsabiqəyə ümumi təhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkanar təhsil müəssisələrinin dərnək üzvləri qatılıblar. Müsabiqənin respublika mərhələsinə təqdim olunan 674 rəsm işindən 27-si münsiflər heyəti tərəfindən qalib seçilib, 91 müəllif xüsusi fərqlənmə sertifikatı ilə təltif olunub.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müsabiqədə seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanacaq.
10 il əvvəl
Digər xəbərlər
-
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16 -
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
21.04.2026 - 11:27 -
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
21.04.2026 - 10:40 -
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16
