Təhsil naziri Koreya Respublikasının ölkəmizdəki səfirini qəbul edib
Dekabrın 10-da təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq Gyunu qəbul edib.
Görüşdə təhsil sahəsində əməkdaşlıq, o cümlədən ali və ilk peşə-ixtisas təhsili sahələrində əməkdaşlıq layihələrinin icrası məsələləri müzakirə olunub.
Mikayıl Cabbarov ölkəmiz üçün Koreya Respublikasının təcrübəsinin öyrənilməsinin önəmini qeyd edib və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
21.04.2026 - 10:40 -
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36
