• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 3-də Azərbaycan Dövlət İqtsadi Univeristeti (ADİU) ilə Oxbridge Educational Services (OES) təşkilatı arasında razılaşma memorandumunun imzalanması mərasimi keçirilib.

 Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ADİU-nun rektoru Ədalət Muradov və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
ADİU dünyanın qabaqcıl univeristeti hesab olunan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq tədris və təlim xidmətləri sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan “Pearson” şirkətinin Oxbridge Educational Services (OES) təşkilatının dəstəyi ilə həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də Universitet Hazırlıq Proqramı (University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək.
Mərasimdə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov layihənin tələbələrimizin dünya əmək bazarında rəqabətqabiliyyətli kadr kimi hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan universitetlərinin qabaqcıl dünya təhsilinə inteqrasiyası və standartların adaptasiyası istiqamətində atdığı addımları yüksək qiymətləndirdiyini vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən layihələrin Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyi bildirilib.
OES təşkilatının rəhbəri Keyt Şarp məruzəsində London İqtisadiyyat Məktəbindəki tədris prosesi və gələcək perspektivlər barədə danışıb. Keyt Şarp razılaşmanın təfərrüatlarını da açıqlayıb.
Memoranduma əsasən, 3 illik proqrama qoşulacaq azərbaycanlı tələbələr ADİU-da təhsil alaraq, London İqtisadiyyat Məktəbinin Humanitar və Sosial Elmlər sahəsi üzrə bakalavr dərəcəsini əldə etmək imkanı qazanacaq. Proqram çərçivəsində Mühasibat və Maliyyə (BSc Accounting and Finance), Biznes və Menecment (BSc Business and Management), İqtisadiyyat (BSc Economics), İqtisadiyyat və Maliyyə (BSc Economics and Finance), İqtisadiyyat və Menecment (BSc Economics and Management) ixtisasları üzrə bakalavr dərəcəsi verilməsi nəzərdə tutulub. LSE-nin mövcud kurikulumuna uyğun olaraq, ADİU-da hər il 4 fənn olmaqla 3 il ərzində 12 əsas fənn tədris olunacaq.
Sonda Memorandum sənədi ADİU-nun rektoru Ədalət Muradov və Oxbridge Educational Services təşkilatının rəhbəri Keyt Şarp tərəfindən imzalanıb.


9 il əvvəl