• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2018-2019-cu tədris ilində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin məktəbəhazırlıq qruplarına tətbiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başlanılmışdır. 2015-2016-cı tədris ilindən etibarən pilot layihə 34 məktəbin 67 sinfində, 2016-2017-ci tədris ilində 34 məktəbin 116 sinfində, 2017-2018-ci tədris ilində isə 38 məktəbin 168 sinfində tətbiq edilməktədir. Həmin məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərmişdir ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

Layihənin məktəbəhazırlıq qruplarına tətbiqinə dair Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetinin rəylərinə əsasən, 5 yaşlı uşaqların diqqət, yaddaş, təfəkkürünün inkişafına kömək edən məktəbəhazırlıq mərhələsinin layihənin standartları əsasında təşkili  uşaqlarda tədrisə marağı artıracaq və əqli yorğunluğu aradan qaldırmağa şərait yaradacaqdır.

2018-2019-cu tədris ilində layihəni məktəbəhazırlıq qruplarına tətbiq etmək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı və Sumqayıt şəhərlərinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsi tətbiq edilən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində layihə çərçivəsində məktəbəhazırlıq qruplarına qəbul həyata keçirilsin.

2. Təhsilin inkişafı proqramları şöbəsinə (E. Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsinə (A. Əhmədov) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (M. Vəliyeva) tapşırılsın ki:

2.1   Əmrə əlavədə adları qeyd edilən təhsil müəssisələrində məktəbəhazırlıq qrupları komplektləşdirilərkən sinif otaqlarında hər bir şagirdin normativlərdə nəzərdə tutulan ölçüdə sahə ilə təmin olunması gözlənilsin;

2.2 Sağlam təhsil texnologiyalarının tətbiq olunduğu məktəbəhazırlıq qruplarının müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilatı işlər həyata keçirilsin;

2.3 Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində sağlamlığın mühafizəsinə yönəlmiş təlim texnologiyalarının davamlı inkişafına köməklik məqsədilə ümumtəhsil məktəblərindəki müvafiq işçi qruplarının səmərəli fəaliyyətinə lazımi şərait yaratsınlar;

2.4 Sağlam təhsil texnologiyalarının mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılmasını təmin etsinlər;

3. İnformasiya şöbəsi (E. Məmmədov) bu əmrin, eləcə də nazirin 2018- 2019-cu tədris ilində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin ümumtəhsil məktəblərində tətbiqinə dair F-273 nömrəli əmrinin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və bu əmrin müvafiq strukutur bölmələrə çatdırılmasını təmin etsin;

4. Əmrin icrasına nəzarət nazirin müşaviri H. Həsənliyə həvalə edilsin.

 

Əsas: Aparat rəhbəri M. Məmmədovun 11.05.2018-ci il tarixli təqdimatı.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

17 iyul 2018-ci il

№F-496