• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN 2023-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABATI

Məktəbəhazırlıq qrupları

 

Ümumi təhsil müəssisələrində 91 min nəfər məktəbəhazırlığa cəlb edilib.

 

5 yaşlı uşaqların təhsilə cəlbolunma səviyyəsi 2013-cü ildəki 24 faizdən cari tədris ilində 87 faizə çatdırılıb.

 

Məktəbəqədər və ümumi təhsil

 

Məktəbəqədər təhsil

 

2023-cü ildə 57 mindən çox uşaq elektron qaydada məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.

 

İcmaəsaslı məktəbəqədər təhsil qrupları

 

Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 939 icmaəsaslı məktəbəqədər təhsil qrupunda 16 550 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

 

136 947 uşaq birinci sinfə gedib

 

Ölkə üzrə I sinfə 136 947 uşaq qəbul edilib.

 

İnklüziv təhsil

 

“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” layihəsinin əhatə dairəsinə 13 region üzrə 40 ümumi təhsil müəssisəsi daxil olunub.

 

Yenilənən dərsliklər

 

2023–2024-cü tədris ilində ümumi təhsil müəssisələri üçün 61 adda dərslik yenilənib.

 

 318 adda 7 758 970 nüsxə dərslik çap edilib və məktəblərə çatdırılıb. 21 adda dərsliyin Brayl əlifbasında törəmə nəşrləri hazırlanaraq çap edilib və xüsusi təhsil müəssisələrinə çatdırılıb. 4 azsaylı xalqın dilində 13 adda dərslik yenilənib və 19 150 nüsxədə çap edilərək ümumi təhsil müəssisələrinə çatdırılıb.  

 

Pilot dərsliklər

 

 8 fənn üzrə dərslik komplekti pilot sınağı başa çatdırıldıqdan sonra istifadəyə verilib.

 

Ümumi təhsil müəs­sisə­ləri üçün 12 adda tədris resursu hazırlanaraq ölkə üzrə 250-dən çox sinifdə pilot sınağı keçirilib.

 

69 məktəbdə yeni hazırlanan 9, 110 məktəbdə isə 13 adda dərsliyin monitorinqi təşkil olunub.

 

Elektron dərsliklər

 

2023-cü ildə video.edu.az portalındakı videoresursların sayı 19 500-ü ötüb.

 

İstifadəyə verilmiş 61 adda dərslik və metodik vəsait www.trims.edu.az səhifəsində yerləşdirilib. Ümumilikdə səhifədə ümumi təhsil müəssisələri üçün 1 014 resurs istifadəyə açıqdır.  

 

İstifadəyə verilmiş 61 adda dərsliyin interaktiv variantı www.e-derslik.edu.az platformasında yerləşdirilib. Hazırda portalda ümumi təhsil səviyyəsi üçün 351 resurs istifadədir.

 

Əlavə tədris vəsaitləri

 

 Şagirdlər üçün 4 adda (“Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”, “Yol hərəkəti əlifbası”, “Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş dərs icmalları”  “Komposito” dərs icmalları) vəsaitin elektron nüsxələri www.trims.edu.az saytının “Tövsiyə olunan tədris resursları” bölməsində yerləşdirilib. Hazırda həmin bölmədə 22 adda təlim resursu mövcuddur.

 

Məktəbəhazırlıq qruplarının əyani vəsaitləri

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında işin səmərəli təşkili üçün 5 adda 32 000 ədəd əlavə tədris vəsaiti (manipulyativlər) məktəblərə çatdırılıb.

 

Təhsil müəssisələrinin internet təminatı

 

Ölkə üzrə 4 305 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) və internetə çıxışla təmin edilib.  Bunlardan 1 365 fiber-optik, 1 908 simsiz və 1 032 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin olunub.

 

Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı

 

2023-cü ildə 43 350 ədəd kompüter avadanlığı ölkənin təhsil müəssisələrinə paylanılıb.

 

Məktəb tikintisi

 

2023-cü ildə 40 təhsil müəssisəsində (3 peşə, 3 məktəbdənkənar, 1 internattipli, 33 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bunlardan 23 təhsil müəssisəsi istismara verilib, 8 təhsil müəssisəsində son tamamlanma işləri görülüb. Daha 38 təhsil müəssisəsinin (25 tikinti, 13 əsaslı təmir və bərpa-gücləndirmə) təmir-tikinti işlərinə hazırlıq həyata keçirilir. Layihələndirilməsi aparılan 32 təhsil müəssisəsinin növbəti ildə təmir-tikintisinə başlanılması planlaşdırılır.

 

Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi tamamilə başa çatıb.

 

Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı təmir olunub.  

 

Təhsil müəssisələrinin təmir-tikintisi ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq həyata keçirilir.

 

Böyük Qayıdış

 

İşğaldan azad edilmiş ərazilərdə 550 şagird və 84 müəllim daxil olmaqla 7 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.

 

Lisey və gimnaziyalara qəbul

 

Bakı şəhəri və bəzi bölgələrdə yerləşən lisey və gimnaziyaların (32 məktəb üzrə) 5, 6, 7, 8-ci siniflərinə qəbul imtahanında 22 708 nəfər iştirak edib, onlardan 19 926-sı seçimə buraxılıb, 3 815-i isə qəbul olunub.

 

Müəllimlərin işə qəbulu

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən, 4 368 nəfər müddətsiz, 2 351 nəfər isə müddətli müqavilə ilə işlə təmin olunub.

 

Əlavə yerləşdirmə mərhələsi üzrə 2 529 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1 219 nəfər uğur qazanıb.

 

İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi nəticəsində 91 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə təşkil edilib. 517 nəfər elektron qeydiyyatdan keçib, onlardan 300 namizəd test imtahanı mərhələsində iştirak edib, 171-i müvafiq keçid balını (30 bal) toplayaraq müsahibə mərhələsinə dəvət olunub. Oktyabr – noyabr aylarında keçirilən müsahibələrdə 165 namizəd iştirak edib, onlardan 55 nəfəri məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə uyğun hesab edilib.

 

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu

 

 Ölkə üzrə 18 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsinə 5 052 namizəd dəvət olunub. Onlardan 3 857-si test imtahanında iştirak edib. Cari tarixə qədər tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 244 namizəd işlə təmin olunub.

 

Hazırda regional təhsil idarələri tərəfindən elan edilmiş vakant yerlər üzrə müsahibələrin keçirilməsi planlaşdırılır. 

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi

 

2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində 29 951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb. 

 

Noyabr ayında sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.

 

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi

 

801 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

 

 STEAM

 

2023-cü ildə STEAM layihəsi 400 ümumtəhsil məktəbi və 25 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 180 min şagird STEAM tədrisinə cəlb edilib. 

 

“Rəqəmsal bacarıqlar” layihəsi

 

2023-cü ildə “Rəqəmsal bacarıqlar” layihəsi 53 region üzrə 532 məktəbdə 410 000-dən çox şagirdi əhatə edib. 

 

28 ümumi təhsil müəssisəsində (Bakı, Sumqayıt, Mingəçevir, Gəncə) informatika təmayüllü X və XI siniflərdə 950-dən çox şagird rəqəmsal bacarıqlar üzrə təhsilə cəlb edilib.

 

Peşə təmayüllü siniflər  

 

2022–2023-cü tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 196 məktəbdə 232 sinif və 4178-dən çox şagirdi əhatə edib.

 

Peşə təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebelquraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, İT mütəxəssisi, qrafik dizayner, kompüter operatoru ixtisasları tədris edilir.

 

Beynəlxalq qiymətləndirmə tədqiqatları

 

Beynəlxalq qiymətləndirmə tədqiqatlarında (TALIS, TIMSS, ICILS) 604 təhsilverən və 17 420 təhsilalan iştirak edib.

 

Məktəbdaxili qiymətləndirmə

 

IV siniflərdə tədris dili və riyaziyyat fənləri üzrə keçirilmiş monitorinqlərdə 153 930 şagird iştirak edib.

 

400-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal təşkil olunub.

 

Qızıl və gümüş nişanla təltif edilən məzunlar

 

2022–2023-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə 126 məzun qızıl, 95 məzun isə gümüş nişanla təltif edilib.   

 

Şagirdlərimizin yerli və beynəlxalq uğurları

 

Beynəlxalq olimpiadalarda ümumilikdə 130 şagird iştirak edib və 5 qızıl, 13 gümüş, 39 bürünc medal, həmçinin 24 həvəsləndirici sertifikat qazanılıb.

 

Ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında qeydiyyatdan keçənlərin sayı 45 933, qızıl medalçıların sayı 84, gümüş medalçıların sayı 166, bürünc medalçıların sayı isə 248 nəfər olub.

Məktəblilərarası VIII Respublika Fənn Müsabiqələrinə ölkə üzrə 31 571 şagird qatılıb, onlardan 211 nəfəri qalib olub.

 

Lütfi Zadə adına Məntiq Olimpiadası üzrə qeydiyyatdan keçən 18 024 iştirakçıdan 12-si qızıl, 19-u gümüş, 30-u isə bürünc medal qazanıb. Ümumilikdə 61 nəfər qalib olub.

 

“Sabahın alimləri” XII respublika müsabiqəsi

 

“Sabahın alimləri” XII respublika müsabiqəsində 8 istiqamət üzrə 162 layihə ilə 278 şagird yarışıb. Müsabiqədə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə (36 kollektiv, 12 fərdi) üzrə 84 şagird layiq görülüb.

Qaliblər arasından seçilən 7 layihənin 10 nəfər şagirdi ölkəmizi ABŞ-nin Dallas şəhərində keçirilən “Regeneron ISEF”də təmsil edib.

 

Azərbaycan müəllimlərinin XVI qurultayı

 

15 16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib. Müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk qurultay kimi tarixə düşüb.

 

Peşə təhsili

 

Tələbə sayı 21 000 nəfərə yaxın olub

 

72 peşə təhsili müəssisəsində 128 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 113 925 müraciət daxil olub, 20 563 nəfər isə tələbə adını qazanıb. Onlardan 13 632 nəfəri kişi, 6 931-i isə qadındır. 17 022 nəfər dövlət sifarişli, 3 541 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 8 faiz artıb.

 

Yüksək texniki peşə təhsili

 

2023–2024-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 1 209 nəfər tələbə adını qazanıb.  

 

2023-cü ildə sözügedən peşə təhsili səviyyəsindən məzun olan 24 nəfərdən 22-si ali təhsil almaq üçün müsabiqədə iştirak edib. Onlardan 21-i ali təhsil almaq hüququ qazanıb: 10 nəfər dövlət vəsaiti hesabına, 11 nəfər isə ödənişli əsaslarla qəbul olunub.

 

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi istifadəyə verilib

 

2023-cü ildə Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi istifadəyə verilib. Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

 

Adambaşına maliyyələşmə mexanizmi

 

2023-cü il ərzində 8 pilot müəssisə üzrə 5 452 tələbəyə adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib.

 

Peşə təhsili üzrə tələbə krediti

 

Peşə təhsili alan 28 tələbəyə ilk dəfə olaraq 7 675 manat məbləğində təhsil tələbə krediti verilib.

 

6 yeni ixtisas üzrə təhsil proqramı hazırlanıb

 

2023–2024-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsi üzrə kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının (maşın) istismarı,  texniki peşə təhsili səviyyəsi üzrə rabitəquraşdırıcı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, unüyütmə istehsalının aparatçısı olmaqla ümumilikdə 6 yeni ixtisas üzrə səriştəəsaslı təhsil proqramları hazırlanıb. Yeni ixtisas və proqramların yaradılması zamanı işəgötürənlərdən gələn tələblər, həmçinin ixtisasın tədris olunduğu regionun ümumi sosial-iqtisadi inkişaf meyilləri nəzərə alınıb və əmək bazarının tələblərinə uyğunlaşdırılıb.  

 

22 xaricidilli dərsliyin tərcüməsinə başlanılıb

 

2023-cü ilin son rübündən 16 türk, 4 ingilis, 2 almandilli dərsliyin tərcüməsinə başlanılıb. Türk dilində olan peşə təhsili dərslikləri qida təhlükəsizliyi, satış, İKT, poliqrafiya və digər sahələri əhatə edir.

 

Böyük Britaniya və Almaniya Federativ Respublikasının peşə təhsili müəssisələrinin tərcümə edilməkdə olan dərslikləri isə elektronika, logistika, metal mühəndisliyi sahələrini əhatə edir.

 

Dual peşə təhsili proqramları

 

2023–2024-cü tədris ilində dual təhsil proqramı (usta yanında şagirdlik) üzrə 20 peşə təhsili müəssisəsində ümumilikdə 48 qrupda tədrisə başlanılıb. Proqramda hazırda 872 tələbə təhsil alır. 12 regionu əhatə edən proqrama 100-ə qədər işəgötürən tərəfdaş dəstək verir. Sənaye, turizm, xidmət, kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edən proqramda 22 ixtisas mövcuddur.

 

Mühəndis-pedaqoji heyətin işə qəbulu

 

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı müvafiq olaraq 145 və 429 vakant yer təqdim olunub, ümumilikdə 2 522 nəfər müraciət edib və 1 963 şəxs müsabiqəyə buraxılıb. Müsabiqə mərhələsində uğur qazanmış 200 istehsalat təlimi ustası, 104 ixtisas fənn müəllimi işə qəbul edilib. Yüksək texniki peşə təhsili üzrə elan edilmiş 17 vakant yerə 662 müraciət daxil olub və 50-yə yaxın namizədlə onlayn müsahibə keçirilib. 17 yüksək texniki peşə müəllimi işə qəbul edilib.

 

Ümumilikdə 2023–2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrində 321 nəfər mühəndis-pedaqoji heyət işlə təmin olunub.  

 

Elm və ali təhsil

 

65760  tələbə

 

2023–2024-cü tədris ilində ali təhsil müəssisələrinin bakalavriat və magistratura və rezidentura səviyyələri üzrə tələbə qəbulu 65760 nəfər olub ki, bunun da 33 085 nəfəri dövlət sifarişi yerləridir.

 

“Heydər Əliyev adına təqaüd”

 

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2023-cü il tarixli Sərəncamı ilə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. 3 000 manat məbləğində olan birdəfəlik təqaüd ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında tələbələrə təqdim edilib.

 

110 ölkədən 9 900-dək əcnəbi tələbə  

 

2023–2024-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9 900-dək əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (8 900 nəfər) nisbətdə 11 faiz, 2015–2016-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 128 faiz artım deməkdir. 

 

Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.

 

68 əcnəbi tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib

 

Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin 40 vətəndaşı (hər bir qrant proqramı üzrə 20 nəfər) müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

 

Ümumilikdə 2018–2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.  

 

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində cari tədris ilində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Macarıstandan olan 28 əcnəbi tələbə yerli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

 

HTP çərçivəsində 193 azərbaycanlı xaricdə təhsil almaq hüququ qazanıb   

 

2023–2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda 143, Çində 20, Rumıniyada 3, Rusiyada (MGIMO) 5, Latviyada 8, Türkiyədə (YTB xətti ilə doktorantura üzrə) 8, Qazaxıstanda 5, Slovakiyada 1, ümumilikdə isə 193 tələbə 8 ölkənin 43 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.  

 

Xaricdə doktorantura təhsili

 

2023-cü il üzrə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 7 prioritet ixtisas istiqaməti üzrə 69 nəfər universitetlərin reytinqində ilk 500-lükdə yer alan 32 ali təhsil müəssisəsində doktorantura təhsili almaq hüququ qazanıb.  

 

Ümumilikdə dünya universitetlərinin reytinqində (Times Higher Education Ranking, Academic Ranking of World Universities) ilk 500-lükdə yer alan ali təhsil müəssisələrində 284 Azərbaycan vətəndaşı doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

 

Hazırda 23 ölkənin 90 nüfuzlu ali təhsil müəssisəsində 7 prioritet ixtisas istiqaməti üzrə 260 nəfər doktorantura səviyyəsində təhsil alır.

 

 Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili

 

2023–2024-cü tədris ilində “2022–2026 Dövlət Proqramı” çərçivəsində 17 ölkənin 80 nüfuzlu ali təhsil müəssisəsində 67 nəfər bakalavriat, 314 nəfər magistratura üzrə olmaqla ümumilikdə 381 tələbə təqaüd almaq hüququ qazanıb. Bunlardan 4 nəfəri bakalavriat, 41-i magistratura səviyyəsində olmaqla ümumilikdə 45 nəfər universitetlər üzrə ilk 10-luqda yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edib.

Proqram çərçivəsində xaricdə bakalavriat və magistratura səviyyələrində 752 tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda 21 ölkənin 124 ali təhsil müəssisəsində təhsil alan şəxslərdən 138-i bakalavriat, 389-u magistratura səviyyəsində olmaqla ümumilikdə 527 tələbə “2022–2026 Dövlət Proqramı” təqaüdçüsüdür.  

 

Təhsil tələbə krediti

 

2021–2023-cü illər ərzində 27 616 tələbə krediti verilib. Onlardan 17 726-sı standart, 9 890-ı isə sosial kreditdir.

 

SABAH tələbələri

 

SABAH qrupları 10 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti (təhsil, mühəndislik, İT, təbiət, humanitar-sosial, iqtisadiyyat, incəsənət, idman) üzrə 55 ixtisası, 3 973 tələbə və 5 793 məzunu əhatə edir.

 

2023-cü ildə SABAH qruplarından 11 ali təhsil müəssisəsinin bakalavriat səviyyəsində 29 ixtisas üzrə 819, magistratura səviyyəsində isə 7 ixtisas üzrə 268 tələbə məzun olub.

 

"Bir" tələbə-könüllü proqramı

 

2023-cü tədris ilində proqram 34 ali, 19 orta və 10 peşə təhsili müəssisəsini əhatə edib.

 

30 000-dən çox könüllü üzvü olan proqram il ərzində 398-dən çox tədbir təşkil edib və 61 213 fəaliyyət saatı qeydə alınıb. Tələbə-könüllülərin dəstəyi ilə keçirilmiş tədbirlərdə minimum tələbə-könüllü sayı 1, maksimum isə 1 216 nəfər olub.

 

Akkreditasiya qiymətləndirməsi

 

Ölkə üzrə 13 ali təhsil müəssisəsinin (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

 

4 ali təhsil müəssisəsinin (ADPU – CVU, ADAU – Ege, BMU – İNHA, ADA – CVU) dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesinə başlanılıb.

 

2 peşə təhsili müəssisəsinin (Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi) pilot akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

 

Bakı Dövlət Universitetinin magistratura səviyyəsi üzrə 6 ixtisaslaşmasının (yüksək molekullu birləşmələr kimyası, neft kimyası, üzvi kimya, qeyri-üzvi kimya, analitik kimya, fiziki kimya) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələri dövlət akkreditasiyası tərəfindən nəzərə alınıb.

 

Qeyri-formal və informal təhsilin tanınması

 

2023-cü il ərzində formal təhsilə çıxış imkanı olmayan vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə 8 yeni peşə ixtisası (dayə, əməliyyatçı-mühasib, dərzi, mənzil təsərrüfat xidməti üzrə mütəxəssis, bitkiçilik mütəxəssisi, bərbər-vizajist-manikürçü, bağban-dekorator və zərgərlik) üzrə qiymətləndirmə və tanınma həyata keçirilib. Ümumilikdə 2023-cü ildə qiymətləndirmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 169 vətəndaşa 328 peşə ixtisasını təsdiq edən sənəd (314 sertifikat və 14 diplom) təqdim olunub.

 

Xarici kvalifikasiyaların tanınması

 

Xarici kvalifikasiyaların tanınması ilə bağlı 7 025 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertiza nəticəsində 5 866 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim olunub. Digər 1 159 müraciət üzrə mənfi rəy verilib və müraciətçilərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

 

Əlavə olaraq, həyata keçirilmiş optimallaşdırma və səmərələşdirmə tədbirləri nəticəsində müraciətlərə orta hesabla 30 iş günündən az müddətdə (12 iş günü) baxılmasına nail olunub.

 

Azərbaycan ali təhsil müəssisələri beynəlxalq reytinq bazalarına daxil olub

 

2023-cü ildə 3 ali təhsil müəssisəsi QS qlobal reytinqinə (QS World Universities Rankings), 8 ali təhsil müəssisəsi ilk dəfə QS Avropa reytinqinə (QS World Universities Ranking: Europe), 2 ali təhsil müəssisəsi ilk dəfə QS sahələr üzrə reytinqə (QS Subject Rankings) və 2 ali təhsil müəssisəsi ilk dəfə QS Davamlılıq reytinqinə (QS World Universities Ranking: Sustainability) daxil olub.  

 

THE qlobal reytinqində (THE World Universities Rankings) və THE sahələr üzrə reytinqdə (THE World Universities Rankings by Subject) 1 ali təhsil müəssisəsi, THE impakt reytinqində (THE Impact Rankings) isə 7 universitet təmsil olunub.

 

Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalara çıxış imkanı

 

2023-cü ildə “Elsevier” və “Clarivate Analytics” şirkətləri ilə imzalanmış müqavilələr əsasında 100-dən çox elm və ali təhsil müəssisəsinin “Scopus”, “Science Direct” və “Web of Science” elmmetrik bazalarına çıxış imkanı yaradılıb.

 

Beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayında artım

 

“Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2023-cü ildə dərc olunmuş nəşrlərin sayında ötən ilin göstəricisinə nisbətən 5 faiz artım müşahidə olunub (2022-ci il üzrə göstərici – 2 067, 2023-cü il üzrə cari göstərici – 2 161).

 

Gənc qızların təhsilinə dəstək

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına təqaüd” proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailə və həssas qruplardan olan 25 təqaüdçünün sırasına 55 nəfər də əlavə olunub. Beləliklə, ümumilikdə 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin edilib.

 

“Gənc qızların təhsilinə dəstək” proqramı çərçivəsində “NEQSOL Holding”lə birgə digər layihənin icrasına başlanılıb. Layihə çərçivəsində sosial həssas təbəqədən olan, yüksək akademik göstəricilərə malik tələbə qızların təhsilinə dəstək göstəriləcək. İlkin seçim mərhələsində layihəyə 674 müraciət daxil olub və yüksək göstəricilərə malik 50 tələbənin aylıq 200 manat məbləğində təqaüdlə təmin olunması nəzərdə tutulub.  

 

 “4Sİ Akademiyası” layihəsi

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə ABŞ-nin “Coursera” şirkətinin əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsi həyata keçirilib. Layihəyə müraciət edən 10 mindən çox şəxsə 1 il ərzində qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi 700-dən çox kurs üzrə təhsil təqaüdü təqdim olunur.

 

“4Sİ Akademiyası”na ilkin qeydiyyat mərhələsində 6 654 nəfər müraciət edib. Hesabat dövründə 3 000 layihə iştirakçısı qeyd olunan təlimlərdən yararlanıb.

 

“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsi

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra olunan layihənin tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Slavyan Universitetidir.

 

Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır. Layihə ərzində uğurlu nəticə göstərən cari iştirakçı sayı 220 nəfərdir.

 

“Məktəblərə kitab ianəsi” layihəsi

 

Dövlət – özəl tərəfdaşlığı ilə dəstəklənən digər mühüm layihə “İnci Group of Companies” şirkəti ilə əməkdaşlıq çərçivəsində region məktəblərinə kitabların ianə edilməsidir. Layihə çərçivəsində Abşeron – Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə – Daşkəsən, Lənkəran – Astara və Quba – Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan məktəblərə 4 800 kitab ianə edilib.

 

Təhsilin İnkişafı Forumu

 

Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.

Forumda innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, həmçinin iştirakçıları maraqlandıran sualların yerli, beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdən olub.

 

“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forum “NEQSOL Holding”, “British Petroleum”, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group”un dəstəyi ilə keçirilib. Forumda 300-dən çox dövlət rəsmisi və özəl şirkət rəhbəri iştirak ediblər.

 

Doktorant və gənc tədqiqatçıların XXVI respublika elmi konfransı  

 

Konfrans üçün müxtəlif bölmələr üzrə 279 tezis göndərilib. Konfransda məruzə üçün qəbul alan şəxslərin 199-u təqdimatla çıxış edib.