• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

“Zəfər yolu” inşa müsabiqəsinin qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Ölkənin işğal altında olan ərazilərinin azad edilməsində dövlətimizin əldə etdiyi nailiyyətlərin təbliğinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif olunması ilə əlaqədar “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq  əmr edirəm:


1. Aşağıda adları göstərilən şagirdlər I, II və III dərəcəli diplomlar ilə təltif edilsinlər:

 

I dərəcəli diplomla

 

1. Mürsəliyeva Aişə Sübhi qızı  – İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbin  VIII  sinif şagirdi
2. Fərzizadə Gülnur Zahir qızı – Yardımlı şəhəri M.F.Axundov adına 1  nömrəli tam orta məktəbin XI sinif şagirdi
3. Muxtarova Səmra Nicat qızı  – Kürdəmir rayonu Mollakənd kənd Q.Sadıqov  adına tam orta məktəbinin IX sinif şagirdi
4. Şirinova Şəfa Səfalan qızı  – Gəncə şəhəri 25 nömrəli tam orta məktəbin VIII  sinif şagirdi

5. Xəlilova Ləman Zamiq qızı – Xaçmaz rayonu Köhnə Xaçmaz kənd Ə.Tahirov adına tam orta məktəbin IX sinif şagirdi
6. Səmədova Fəridə Əli qızı – Şuşa rayonu 9 nömrəli tam orta məktəbin  VIII sinif şagirdi
7. Rəcəbli Zeynəb İlham qızı  – Laçın rayonu Güləbird kənd R.Hümbətov adına tam orta məktəbin X sinif şagirdi


II dərəcəli diplomla

 

1. Sofiyev Məhəmməd Hacımurad oğlu  – Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi
2. Əhmədova Samirə Asif qızı  – İmişli rayonu Qaradonlu kənd M.Şirinov  adına tam orta məktəbin IX sinif şagirdi
3. Məmmədova Dərya Fikrət qızı – Şabran şəhəri R.Yusifov adına 2 nömrəli texniki təmayüllü tam orta məktəb-liseyin VIII sinif şagirdi 
4. İbrahimova Səbinə Hamlet qızı – Ucar rayonu Qaradağlı kənd tam orta  məktəbinin XI sinif şagirdi
5. Ülvi Cavanşir Zaur oğlu – XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin IX sinif şagirdi
6. Eyubova Mələk Xamis qızı – Şamaxı rayonu Şəhriyar qəsəbə  A.Babaşov adına tam orta məktəbin VIII sinif şagirdi
7. Alcanova Mariya Yaqut qızı – Oğuz şəhəri 3 nömrəli məktəb-liseyin   X sinif şagirdi
8. Babayeva Ayla Müslüm qızı – Xocavənd rayonu 2 nömrəli tam orta  məktəbin X sinif şagirdi


III dərəcəli diplomla

 

1. Həsənli Fidan Rəşad qızı – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına liseyin VIII sinif şagirdi
2. Xubanova Süsən Kənan qızı  – Bakı şəhəri 45 nömrəli tam orta məktəbin  VIII sinif şagirdi
3. Əliheydərova Yeganə Teyyub qızı – Bakı şəhəri 18 nömrəli tam orta məktəbin X sinif şagirdi
4. Hacıyev Hacı Abakar oğlu – Zaqatala rayonu Akademik Zərifə Əliyeva  adına Texniki fənlər təmayüllü liseyin VIII  sinif şagirdi 
5. Nağıyeva Çinarə Qulu qızı – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki A.S.Makarenko adına Humanitar fənlər təmayüllü Respublika gimnaziyasının  X sinif şagirdi
6. Şahbazzadə İlqarə Mahir qızı – Masallı rayonu Bədəlan kənd tam orta  məktəbinin XI sinif şagirdi
7. Əlizamanlı  Mətin Kərəm oğlu – Füzuli rayonu 7 nömrəli tam orta  məktəbin X sinif şagirdi
8. Süleymanlı Tünzalə Elvin qızı  – Hacıqabul şəhəri 4 nömrəli tam orta  məktəbin X sinif şagirdi
9. Abbasova Fidan Əli qızı – Samux şəhəri M.Ə.Sabir adına 1 nömrəli məktəb-liseyin X sinif şagirdi   
10. Əliyeva Şəhanə İbrahim qızı – Gəncə şəhəri 25 nömrəli tam orta  məktəbin X sinif şagirdi
11. Əzizova Kəmalə Azad qızı – Astara rayonu Ərçivan qəsəbə N.Kərimov  adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi 
12. Qafarova Xalidə Kamran qızı – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki  132-134 nömrəli Təhsil Kompleksinin XI  sinif şagirdi
13. Mustafayeva Əsmər İrşad qızı – Mingəçevir şəhəri Təbiət, riyaziyyat və humanitar təmayüllü liseyin XI sinif şagirdi
14. Babayeva Vəfa Elman qızı – Ağdam rayonu 36 nömrəli tam orta məktəbin XI sinif şagirdi
15. Qəmbərov İbrahim Namiq oğlu    – Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri  təmayüllü gimnaziyanın X sinif şagirdi    

                                          
2. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 


3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) əmrin müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin. 


4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.


Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 24.09.2021-ci il tarixli F-455 nömrəli əmri.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

16 noyabr 2021-ci il

F-533