• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri (2021-2022 Payız semestri)

Ali və orta ixtisas təhsili müəssisələrində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını təşkil etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. Ali və orta ixtisas təhsili müəssisələrində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 03.01.2022-ci il tarixdən əyani formada təşkil olunsun. 


2. İmtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na  riayət olunsun. 


3. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;
- imtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim etsinlər.


4. Elm, ali və orta ixtisas təhsili (Nicat Məmmədli) və Daxili nəzarət (İlqar Mahmudov) şöbələri:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş nöqsanlarla bağlı daxil olan məlumatları operativ araşdıraraq bu hallara yol vermiş şəxslər barəsində tədbirlərin görülməsini təmin etsinlər və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar;
- ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər.


5. İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (Rəşad Xanlarov) və İctimaiyyətlə əlaqələr sektoruna (Cəsarət Valehov) tapşırılsın:
- Nazirliyin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsin;
- əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.


6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılsın.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

10 dekabr 2021-ci il

F-570