• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında əsasnamə

Razılaşdırılmışdır:
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
Nazir
Misir  Mərdanov
“28” oktyabr 2010-cu il
M.Y

“Təsdiq edirəm”
Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi
Nazir
Kəmaləddin  Heydərov
“18” noyabr 2010-cu il
123 №-li əmr


1. Ümumi müddəalar
 
1.1. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi-komanda birincilik yarışıdır.
1.2. Tədbir Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
1.3. Hazırlıq və müsabiqənin keçirilməsi ilə bağlı işlər təşkilat komitəsi tərəfindən görülür.
1.4. Müsabiqə Fövqəladə Hallar Nazirliyinin əmri əsasında keçirilir. Əmrdə müsabiqənin keçirilməsi müddəti və yeri (şəhər, rayon) göstərilir.
1.5. Müsabiqə aşağıdakı məqsədlər üçün keçirilir:
- uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi;
- istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək;
- yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi;
- uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək. 
2. Müsabiqə iştirakçıları
 
2.1. Müsabiqədə aşağıdakılar iştirak edə bilər:
- I-XI sinif şagirdləri (lisey, gimnaziya və s. daxil olmaqla).
2.2. Bütün iştirakçılar bir komandada birləşərək təhsil aldıqları rayonu təmsil edirlər.  
 
3. Müsabiqənin keçirilmə mərhələləri
 
3.1. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
- “Rəsm”
- “Plakat”
- “Əl işi”
- “Yanğın və qəza-xilasetmə texnikasının modeli”
- “Yumşaq oyuncaq”
- “İnşa”
- “Hekayə”
- “Şeir”
3.2. Müsabiqə iştirakçılarının iş tematikası Əlavə 1-də göstərilmişdir.
3.3. İştirakçılara verilən iş münsiflər heyətinin protokolu ilə müşayiət olunur.       
3.4. Mərhələlərin keçirilməsi vaxtı və iştirakçıların sərgiyə gəlişi əlavə olaraq bildirilir. Sərginin fəaliyyət dövründə tamaşaçı rəğbəti müsabiqəsi də keçirilir.
 
4. İşin tərtibatı üçün tələblər və iştirakın şərtləri
 
4.1. “Rəsm”, “Plakat” nominasiyaları
4.1.1. Hər rayon üzrə 7 rəsm və 7 plakat təqdim olunur.
4.1.2. Bütün işlər qalın vatman və ya bərk kartonda olmalı, xüsusi şüşəsiz çərçivəyə salınmalıdır. İşin perimetrinə uyğun dekorativ çərçivələrin hazırlanmasına da icazə verilir. Rəsmlərin arxasına asılqan və ya ilgək (petlə) bərkidilməlidir.
Rəsmin formatı: eni 40 sm, uzunluğu 60 sm.
Plakatın formatı reqlamentləşdirilmir.
Rəsmin arxa tərəfində aşağı hissədə sağda ayrıca ağ kağızda, 9x12 ölçülü üzərində aşağıdakı mətn yazılan lövhə olmalıdır:
- işin adı, yerinə yetirilmə texnikası;
- müəllifin adı, soyadı, doğum tarixi;
- məktəb, sinif, ünvan.
 
4.2. Münsiflər heyəti qiymətləndirir:
“Rəsm”: verilmiş mövzuya uyğunluğu, yaradıcı işi, orijinallığı, işin görülmə keyfiyyəti;
“Plakat”: aktuallığı, kompozisiyanın tamamlanması və savadlılıq, lakoniklik və təsvirin yığcamlılığı, işin təqdim edilmə orijinallığı. 
 
4.3. “Əl işi” və “Yumşaq oyuncaq” nominasiyası
4.3.1. Hər rayon üzrə 4 əl işi və 4 yumşaq oyuncaq təqdim olunur.
4.3.2. İşlərin ölçüləri və yerinə yetirilmə texnikası reqlamentləşdirilmir.
4.3.3. Münsiflər heyəti qiymətləndirir: verilmiş mövzuya uyğunluğu, yaradıcı işi, orijinallıq, işin görülmə keyfiyyəti.
 
4.4. “Yanğın, qəza-xilasetmə texnikasının modeli” nominasiyası
4.4.1. Hər rayon üzrə 4 iş təqdim olunur.
4.4.2.Yanğın, qəza-xilasetmə texnikasının müxtəlif modelləri (keçmiş, indiki, gələcək) yerinə yetirilir. Material: kağız (karton), plastilin, ağac və s.
4.4.3. Münsiflər heyəti qiymətləndirir:
proporsiya və formalara əməl olunması;
işin görülmə keyfiyyəti;
material seçimi;
rəng seçimi.
 
Qeyd: Yuxarıda adı çəkilən nominasiyaların hər bir işində ayrıca olaraq bərk kağızdan 9x12 ölçülü üzərində yuxarıda qeyd olunan məlumatlardan ibarət lövhə olmalıdır.
 
4.5. Ən yaxşı inşa, hekayə, şeir müsabiqəsi.
4.5.1. Hər rayon üzrə 3 inşa, 3 hekayə və 3 şeir təqdim olunur.
4.5.2. Bütün yazılar A4 formatlı (210x297 mm) vərəqlərin bir üzündə çap olunur.
Səhifənin parametrləri: soldan 30 mm, sağdan 10 mm, yuxarı və aşağıdan 20 mm.
Abzas sol tərəfdən 12,5 mm olmalıdır, sözlər də sətirdən - sətrə keçirməmək şərti ilə eninə düzülməlidir. Yazının şrifti Times New Roman, ölçüsü 14, sətirlərarası interval isə bir olmalıdır.
4.5.3. İnşa və hekayələrin ölçüsü 3 vərəqdən çox olmamalıdır. II və III səhifə nömrələnməlidir. Səhifənin nömrələri yuxarıda ortada qoyulmalı, rəqəmlərin ölçüsü 12 olmalıdır. Hər bir işin sonunda sağdan aşağı hissədə 15 ölçülü mətndə aşağıdakılar göstərilməlidir:
- işin adı;
- müəllifin adı, soyadı, atasının adı, təvəllüdü;
- məktəb, sinif, ünvan;
hər bir səhifə ayrıca fayla qoyulmalı və fayllar qovluğa bərkidilməlidir.
4.5.4. İşlər çap və elektron variantda təşkilat komitəsinə təqdim olunmalıdır. 
4.5.5. Münsiflər heyəti qiymətləndirir:
- məzmunu;
- mövzunun tam açılması;
- bədii dəyəri;
- mövzunun aktuallığı.
4.5.6. Müsabiqədə iştirak etmək üçün icazə verilmir:
- böyüklər tərəfindən görülən və əsasnaməyə uyğun olmayan işlər;
- təsvir vərəqəsiz olan müsabiqə işləri və ya əksinə;
- verilən vaxtdan gec təqdim olunmuş müsabiqə işi və təsvir vərəqəsi;
- təsvir vərəqələri nümunəyə uyğun gəlməyən müsabiqə iştirakçıları; 
5. Nəticələrin hesablanması
 
5.1. Qaliblər fərdi və komanda (ümumrayon) yoxlamalarından keçdikdən sonra müəyyən olunur. Müstəqil işləri isə münsiflər heyəti ayrıca qiymətləndirir.
5.2. Fərdi zaçotda müsabiqənin qalibləri aşağıdakılar olur:
- “Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Rəsm”, “Plakat”,      
“Hekayə”, “İnşa”, “Şeir” müsabiqələrində 1, 2, 3-cü yerləri tutanlar.
Yuxarıda göstərilən 8 müsabiqənin hər birindən tamaşaçı rəğbəti qazanan 1 iştirakçı.
Ümumkomanda (rayon) birinciliyi verilən işlərə görə fərdi yarışlarda qazanılan prizlərin sayı ilə müəyyən olunur.
Qeyd: Əgər komanda Əsasnamədə göstərilənlərdən az sayda iş təqdim etsə, hər təqdim olunmayan iş üçün 0,5 cərimə balı çıxılır. Nəticədə alınan məlumatlar əsasında ümumkomanda birinciliyinin qalibi müəyyənləşir.
 
6. Qaliblərin mükafatlandırılması
 
6.1. Qiymətli hədiyyə və diplomlarla mükafatlandırılırlar:
“Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Rəsm”, “Plakat”,        
“Hekayə”, “İnşa”, “Şeir”, “Yumşaq oyuncaq” kimi müsabiqələrdə 1, 2, 3-cü yerləri tutanlar;
ümumkomanda yarışlarında 1, 2, 3-cü yerləri tutanlar.
Hər nominasiya üzrə 2 iştirakçıya həvəsləndirici priz verilir.
Hər nominasiya üzrə tamaşaçı rəğbəti qazanmış 1 iştirakçıya hədiyyə verilir.
6.4. Təşkilat komitəsi iştirakçılar üçün əlavə hədiyyə və diplom vermək hüququna malikdir.
6.5. Müsabiqə bitdikdən sonra işlər geri qaytarılır. Təqdim olunan eksponatların sərgi boyu mühafizəsinə tam zəmanət verilir.
           
7. Maliyyələşdirilmə
 
 7.1. Müsabiqənin maliyyələşdirilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

 
Əlavə