Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsi
Vüsal Tərlan oğlu Xanlarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. O, 2000–2005-ci illərdə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmişdir. Peşəkar inkişafını davam etdirərək, 2024–2025-ci illərdə İspaniyanın IE Universitetində Rəqəmsal transformasiya ixtisası üzrə magistr təhsili almışdır.
Vüsal Xanlarov Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi vəzifəsində çalışır və təhsil sektorunda rəqəmsal transformasiya siyasətinin icrasına rəhbərlik edir.
Vüsal Xanlarov dövlət sektorunda fəaliyyətindən əvvəl təhsil, informasiya texnologiyaları və mobil telekommunikasiya sahələrində iri miqyaslı informasiya sistemləri, rəqəmsal platformalar və xidmətlərin idarə olunması üzrə rəhbər vəzifələrdə çalışmışdır.
İngilis və rus dillərini bilir.
Ailəlidir. İki övladı var.
