• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi   haqqında”   Azərbaycan   Respublikası   Prezidentinin  2010-cu il 27 dekabr tarixli 1251 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №7, maddə 745) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. “İlk peşə-ixtisas təhsili müəssisələri” bölməsindən “Şərur Peşə Liseyi”, “Culfa Peşə Məktəbi” və “Ordubad Peşə Məktəbi” sözləri çıxarılsın;
1.2. “Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsindən “Ordubad şəhər M.Füzuli adına İnternat məktəbi” sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
  
 
Azərbaycan Respublikasının Baş naziri 
Artur Rasi-zadə 

Bakı şəhəri, 7 dekabr 2011-ci il
№ 197