• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb

Mayın 23-də VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR – 24) öz işinə başlayıb.
 

Konfrans Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. 
 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi”dir. 
 

Açılış mərasimində qonaqlar əvvəlcə konfrans çərçivəsində UNEC tərəfindən nəşr edilən kitabların sərgisi ilə tanış olublar. 
 

İştirakçıları salamlayan UNEC-in rektoru Ədalət Muradov məruzə ilə çıxış edib.
 

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə elm və təhsilin inkişaf tendensiyaları məsələsinə toxunub. Nazir bildirib ki, son illərdə bir sıra ali təhsil müəssisələrimizin elmi-tədqiqat işlərində həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri müşahidə olunur.  
 

Nazir əlavə edib ki, daha çox tədqiqat aparmaq istəyiriksə, onun maliyyələşdirilmə formuluna yenidən baxmalıyıq. Hazırda bununla bağlı sıx iş gedir. 
 

Konfrans digər çıxışlarla davam etdirilib. 
 

Mayın 26-dək keçiriləcək konfransda 38 ölkə, 83 universitet və tədqiqat qurumundan 374 şəxs iştirak edəcək, 42 sessiya üzrə 245 tədqiqat işi məruzə olunacaq. 
 

Konfrans çərçivəsində həmçinin onlayn təlimlər təşkil olunacaq və sosial media platformaları vasitəsilə canlı yayımlanacaq. Təlimlərdə 15-i xarici ölkə təmsilçisi olmaqla ümumilikdə 21 mütəxəssis çıxış edəcək. 
 

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə ağacəkmə aksiyası keçiriləcək.