• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Ali və orta ixtisas təhsili müəssisələrində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını təşkil etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq  əmr edirəm:


1. Ali və orta ixtisas təhsili müəssisələrində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası 2022-ci il dekabr ayının 29-da başlamaqla 5 həftə müddətində keçirilsin. 


2. İmtahan sessiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunsun. 


3. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri: 
- imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər; 
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər; 
- imtahanların təşkilində və gedişatında nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər; 
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Elm və Təhsil Nazirliyinə yekun hesabat təqdim etsinlər. 


4. Elm, ali və orta ixtisas təhsili (Y.Piriyev) və Daxili nəzarət (İ.Mahmudov) şöbələri: 
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər, bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar; 
- ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər. 


5. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin Nazirliyin aidiyyəti struktur bölmələrinə və ali və orta ixtisas təhsili müəssisələrinə çatdırılmasını təmin etsin.


6. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini, Nazirliyin “146” Çağrı Mərkəzinin fəaliyyəti və imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsin. 


7. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova tapşırılsın.


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
16 dekabr 2022-ci il
F-721