Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) keçirilməsi barədə elm və təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardığı elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10- cu bəndini rəhbər tutaraq əmr edirəm:


1. 15-16 oktyabr 2026-cı il tarixlərində Doktorantların və gənc tədqiqatçıların  Respublika elmi konfransı (NASCO29) Naxçıvan Dövlət Universitetində keçirilsin, konfrans “Şəhərsalma və Memarlıq ili”nə həsr edilsin.


2. "Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) Əsasnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).


3. “Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29)  Tədbirlər Planı” təsdiq edilsin (2 nömrəli əlavə).


4. “Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) Təşkilat Komitəsi” təsdiq edilsin (3 nömrəli əlavə).


5. "Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) Elmi Komitəsi”  təsdiq edilsin (4 nömrəli əlavə).


6. Ali təhsil müəssisələrinin rektorları və elmi-tədqiqat institutlarının direktorları doktorantların və gənc tədqiqatçıların məqalələrini 2026-cı il 1 iyun tarixinədək Əlavə 1-də qeyd edilən qaydada Naxçıvan Dövlət Universitetinə təqdim edilməsini təmin etsinlər.


7. Naxçıvan Dövlət Universiteti (Elburus İsayev) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini və konfransın nəticələri barədə Elm və Təhsil Nazirliyinə hesabatın təqdim olunmasını təmin etsin.


8. Elm, ali və peşə təhsili şöbəsi (Turxan Süleyman) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi dəstək göstərsinlər.


9. Təhsilin iqtisadiyyatı şöbəsi (Leyla Abbaslı), Maliyyə şöbəsi (Vüqar Əsgərov) və Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsinlər.
10. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Qorxmaz Əliyev) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə və elmi-tədqiqat institutlarına göndərilməsini təmin etsin.


11. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və "Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.


12. Əmrin icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
15 may 2026-cı il
3-29/3-2-226F/2026