• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 6 iyul tarixli 3954  nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin  13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edirəm:

 

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin  qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru  (C.Mahmudov) yubiley tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı Universitetdə Təşkilat Komitəsi yaratsın, aidiyyəti icraçı qurumlarla birlikdə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin, icra vəziyyəti barədə mütəmadi olaraq Elm  və Təhsil Nazirliyinə məlumat versin, cari ilin dekabr ayında müvafiq hesabat hazırlayıb təqdim etsin.

 

3. Ali təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrasını təmin etsinlər.

 

4. Nazirliyin aidiyyəti struktur bölmələrinin və qurumlarının rəhbərləri Tədbirlər Planının icrası ilə bağlı zəruri tədbirləri həyata keçirsinlər, Tədbirlər Planının səmərəli yerinə yetirilməsində Universitetə müvafiq dəstək göstərsinlər.

 

5. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) Tədbirlər Planının icrası ilə bağlı məsələlərin əlaqələndirilməsini və hesabatların ümumiləşdirilməsini təmin etsin.

 

6. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin və Tədbirlər Planının aidiyyəti struktur bölmələrə və qurumlara göndərilməsini təmin etsin.

 

7. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin və Tədbirlər Planının Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

         

Əsas: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il  6 iyul  tarixli 3954 nömrəli Sərəncamı.

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının elm və təhsil naziri

17 iyun 2023-cü il

3-29/3-2-447F/2023