• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət Proqramı çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar hazırlanmış proqram siyahısı ilə müvafiq keçidə daxil olaraq tanış ola bilərsiniz:

Sual: Dövlət Proqramının siyahısı hansı ölkələr üzrə proqramları əhatə edir?

 

Cavab: Müvafiq siyahı dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 575 bakalavriat və 3551 magistratura olmaqla ümumilikdə 4126 proqramı əhatə edir. Siyahıda ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Rusiya, Türkiyə və digər inkişaf etmiş ölkələrin ali təhsil müəssisələri yer alır.


Sual: Siyahıda daha çox hansı ixtisas istiqamətləri üzrə olan proqramlar üstünlük təşkil edir?

 

Cavab: Hazırlanmış siyahıda bakalavriat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33%-ni fundamental və tətbiqi elmlər, 22%-ni mühəndislik və 20%-ni isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə 3551 proqram arasında isə fundamental və tətbiqi elmlər (24%), mühəndislik (19%), informasiya texnologiyaları (12%) və statistika və verilənlərin təhlili (10%) üstünlük təşkil edir.


Sual: Proqramların növbəti siyahısı açıqlanacaqmı?

 

Cavab: Elanda qeyd olunduğu kimi hazırda ictimaiyyətə açıq elan edilən proqramların ilkin siyahısıdır. Növbəti aylarda siyahıya əlavələrin edilməsi gözlənilir. Hazırki mərhələdə siyahıdan çıxarılmaların edilməsi nəzərdə tutulmur. 


Sual: Dövlət Proqramına müraciət ilə əlaqədar elan nə zaman veriləcəkdir?

 

Cavab: Dövlət Proqramına dair sənəd qəbulu elan olunduğu zaman dp.edu.az internet səhifəsində və digər sosial media hesabları vasitəsi ilə ictimaiyyətə məlumat veriləcəkdir.


Sual: Dövlət Proqramına müraciət etmək üçün hansı sənədlər tələb olunur?

 

Cavab: Müraciət üçün xarici universitetdən siyahıda qeyd olunan proqramlardan biri üzrə qəbula dair şərtsiz qəbul sənədi əsas olmaqla, dil sertifikatı və digər sənədlər təqdim olunmalıdır. Tələb olunan sənədlərə dair ətraflı məlumat dp.edu.az internet səhifəsindən əldə oluna bilər.


Sual: Siyahıda yer almayan proqramlardan biri üzrə qəbul aldıqda DP-ə müraciət etmək mümkündürmü?

 

Cavab: Xeyr, Dövlət Proqramına müraciət etmək üçün mütləq şəkildə ictimaiyyətə açıqlanmış proqramlardan biri üzrə xarici ATM-dən qəbul sənədi əldə olunmalıdır.


Sual: Hazırda şəxsi vəsaiti hesabına təhsil alan şəxslər Proqrama müraciət edə bilərmi?

 

Cavab: Hazırda şəxsi vəsaiti hesabına təhsil alan şəxslər ixtisasları ictimaiyyətə açıqlanmış müvafiq siyahıda yer aldığı və hazırki akademik göstəriciləri yaxşı olduğu təqdirdə proqrama müraciət edə bilərlər.