Açar söz: şagird
Nəticə tapılıb: 442
07.08.2018

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.

Ətraflı
31.07.2018

Şagirdlərimizdən daha bir uğur  

26 iyul-1 avqust tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2018)  keçirilib. Rusiya, Belçika, Finlandiya, Macarıstan və bir çox  Avropa ölkələrinin təmsil olunduğu olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb.

Ətraflı
29.07.2018

Şagirdlərimiz beynəlxalq olimpiadadan 3 medal qazanıblar

19-29 iyul tarixlərində Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO2018) məktəblilərimiz növbəti uğura imza atıblar.

Ətraflı
27.07.2018

“Təhsil avtobusu-2018” 2000 km səyahət edib

"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu - 2018" yay məktəbi layihəsi başa çatıb.

Ətraflı
25.07.2018

UFAZ-a qəbul imtahanı keçirilib

Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 500–dən artıq bal toplamış 523 abituriyent UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib, onlardan 462 nəfəri imtahanda iştirak edib.

Ətraflı
25.07.2018

Qax rayonunda "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi

18-20 iyul tarixlərində IDEA İctimai Birliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" proqramı çərçivəsində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi keçirilib.

Ətraflı
24.07.2018

Yay məktəbi Qəbələdə yekunlaşıb

İyulun 23-də "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin sonuncu tədbiri Qəbələ şəhərində keçirilib.

Ətraflı
24.07.2018

Yay məktəbi Şəkidə

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Şəki şəhərində keçirilib.

Ətraflı
23.07.2018

“Təhsil avtobusu-2018” yay məktəbi Şəmkirdə keçirilib

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Şəmkir şəhərində keçirilib.

Ətraflı
19.07.2018

“Təhsil avtobusu-2018” yay məktəbi Masallıda keçirilib

İyulun 19-da "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Masallı şəhərində keçirilib.

Ətraflı
17.07.2018

Qubada yay məktəbi

İyulun 17-də "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən "Təhsil avtobusu - 2018" yay məktəbinin Quba şəhərində ilk tədbiri keçirilib.

Ətraflı
16.07.2018

“Təhsil avtobusu-2018" ölkənin 5 bölgəsini əhatə edəcək

İyulun 16-da “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start veriləcək yay məktəbi ilə bağlı tədbir keçirilib.

Ətraflı
13.07.2018

Şagirdlər üçün “Yay məktəbi”

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması  məqsədilə “Yay məktəbi”nə start verilib.

Ətraflı
13.07.2018

Keyfiyyəti hədəfləyən yeniliklər

“Təhsil haqqında” Qanuna dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib

Ətraflı
11.07.2018

Azərbaycanlı şagirdlər Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edəcək

15-22 iyul 2018-ci il tarixlərində İranın paytaxtı Tehran şəhərində 29-cu Beynəlxalq Biologiya Olimpiadası (IBO 2018) keçiriləcək

Ətraflı
10.07.2018

“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi

http://www.goldenpay.azİyulun 17-də “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu - 2018” yay məktəbinə start veriləcək.

Ətraflı
05.07.2018

IV Respublika fənn müsabiqələrinin nəticələri açıqlanıb

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən IV Respublika fənn müsabiqələrinin nəticələri elan olunub.

Ətraflı
03.07.2018

Azərbaycanlı şagirdlər Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək

7-14 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj şəhərində 59-cu Beynəlxalq Riyaziyyat Olimpiadası(İMO 2018) keçiriləcək. Ölkəmizi bu olimpiadada 6 nəfər şagird təmsil edəcək.

Ətraflı
02.07.2018

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Ətraflı
14.06.2018

Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb

İyunun 14-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.

Ətraflı
14.06.2018

Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”

İyunun 14-də  Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Ətraflı
13.06.2018

Bu il XI sinifləri 83 001 nəfər şagird bitirir

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

Ətraflı

Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları

 

Sual: Ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu necə həyata keçirilir?

Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

 

Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Cavab: Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər.

 

Sual: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?

Cavab: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

 

Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

Cavab: Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

 

Sual: Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

 

Sual: Müsabiqənin ikinci mərhələsi necə təşkil olunur?

Cavab:  Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.

 

Sual: Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?

Cavab: Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir.

 

Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Cavab: Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər.  Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və  protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir.

 

Sual: İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal növbəti işə qəbul müsabiqələrində rol oynayırmı?

Cavab:  İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 (iki) təqvim ili qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər.

 

Sual:  Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

Cavab: Sözügedən namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.

 

Sual: Hər hansı səbəbdən test imtahanı və ya müsahibədə iştirak edə bilməyən namizədlər üçün təkrar imtahan nəzərdə tutulurmu?

Cavab: Göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir.

 

Sual: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?

Cavab: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik  tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

 

Sual: Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaqdır?

Cavab: Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.

 

Sual: Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?

Cavab: Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra tərkibi Nazirlik tərəfindən formalaşdırılan Apellyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılacaqdır.

12.06.2018

5-ci sinif şagirdləri üçün müsabiqə

Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində skreç mühitində yaradılmış layihələr - yaradıcılıq müsabiqəsi keçirilib.

Ətraflı
11.06.2018

Şagirdlərimiz beynəlxalq yarışda

Bakı Avropa Liseyinin şagirdləri Estoniyada keçirilən Açıq Beynəlxalq turnirdə  iştirak ediblər.

Ətraflı
06.06.2018

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən pedaqoqlarla görüş

İyunun 6-da “Rəqəmsal bacarıqlar” layihəsinin (“İnformatika” fənninin tədrisinə dair pilot layihəsi) birinci ilinin yekunu və əldə olunan nəticələrin müzakirəsi  ilə əlaqədar cari tədris ilində layihə çərçivəsində tədris aparan pedaqoqlarla görüş keçirilib.

Ətraflı
06.06.2018

Məktəblilərarası II Robot Olimpiadasının qalibləri mükafatlandırılıb

İyunun 6-da Məktəblilərarası II Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı
06.06.2018

Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsi

İyunun 5-dən Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının   pilot mərhələsinin keçirilməsinə başlanılıb.

Ətraflı
05.06.2018

“Ədəbiyyat biliciləri” mükafatlandırılıb

İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı