16.09.2009

“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ı çərçivəsində Təhsil Nazirliyinin internetdən istifadə məsələləri üzrə Şurası yaradılıb.

Qurumun əsas fəaliyyət istiqamətləri təhsildə məzmunun filtrasiyası və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktik təkliflər hazırlamaqdır.

Ətraflı
15.09.2009

Sentyabrın 15-də Bakının Nəsimi rayonundakı elitar gimnaziya əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Ölkə Prezidentinin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış gimnaziyada tədris üçün hər cür şərait yaradıldığını qeyd edən təhsil naziri Misir Mərdanov burada 70-ə yaxın sinif otağının olduğunu nəzərə çatdırıb.

Ətraflı
14.09.2009

Sentyabrın 14-də təhsil naziri Misir Mərdanov Dünya Bankının Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin tapşırıq qrupunun rəhbəri Elizabet Vanq ilə görüşüb.

Misir Mərdanov artıq imzalanmaq ərəfəsində olan Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin gerçəkləşdirilməsi üçün həyata keçiriləcək zəruri tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.

Ətraflı
14.09.2009

2009-2010-cu tədris ilində ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 1 427 910 şagird təhsil alacaq.

Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağı proqnozlaşdırılır.

Ətraflı
10.09.2009

Sentyabrın 10-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışı olub.

 "Təhsil və karyera" sərgisinə olan marağın beynəlxalq səviyyədə inkişaf etdirilməsinin vacibliyinə toxunan təhsil naziri Misir Mərdanov Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının sərgidə daha fəal iştirak etmələrinin zəruriliyini vurğulayıb.

Ətraflı
09.09.2009

Sentyabrın 9-da "Trend" İnformasiya Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda təhsil naziri Misir Mərdanov iştirak edib.

Builki sərginin fərqli məqamlarından söz açan Misir Mərdanov karyera sektorunun geniş ekspozisiyasına Böyük Britaniya təşkilatları, ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların daxil olacağını qeyd edib.

Ətraflı
09.09.2009

Sentyabrın 9-da Bakıdakı 276 nömrəli orta məktəbdə təhsil sistemində yeni qiymətləndirmə qaydalarının tətbiqinə həsr olunan iclas keçirilib.

Təhsil naziri müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyərək, məktəb direktorlarına bir sıra tövsiyələrini verib.

Ətraflı
08.09.2009

Sentyabrın 8-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun, Milli Məclis üzvlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın, paytaxtın rayon icra hakimiyyəti başçılarının, müxtəlif dövlət qurumları təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin və ümumtəhsil müəssisələri rəhbərlərinin qatıldıqları konfransda ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyi, ümummilli liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb.

Ətraflı