13.05.2010

Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu bu günlərdə Türkiyənin Fəthiyə şəhərində beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.

20 ölkənin uşaq rəqs kollektivinin iştirakı ilə keçirilən beynəlxalq festivalda xüsusilə fərqlənən kollektiv minlərlə tamaşaçı qarşısında Azərbaycanı layiqincə təmsil edib.

Ətraflı
12.05.2010

Mayın 12-də Təhsil Nazirliyində Braziliya Federativ Respublikasına tədris səfəri etmiş nümayəndə heyətinin təqdimat-məruzəsi dinlənilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti Braziliya Federativ Respublikasının təhsil sistemini və həyata keçirilən islahatları öyrənmək məqsədi ilə Braziliyada tədris səfərində olub.

Ətraflı
12.05.2010

Bakı şəhərindəki 1 nömrəli uşaq evinin rəqs kollektivi bu günlərdə Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.

Uşaq evinin “Azəri” milli rəqs ansamblı 15 ölkənin iştirakı ilə keçirilən beynəlxalq festivalda uğurla çıxış edib və tamaşaçıların rəğbətini qazanıb.

Ətraflı
07.05.2010

Mayın 7-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb.

Nazir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Ətraflı
07.05.2010

Mayın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə gerçəkləşdirilən "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfransın yekun toplantısı keçirilib.

Bütün dünyada istedadların cəmiyyətin sərvəti, aparıcı qüvvəsi kimi dəyərləndirildiyini diqqətə çatdıran nazir ölkəmizdə də onların dövlətin qayğısı ilə əhatə olunduğunu, istedadların vaxtında aşkara çıxarılıb inkişaf etdirilməsində müəllimlərin böyük rol oynadığını söyləyib.

Ətraflı
06.05.2010

Mayın 6-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Respulikası Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Ulu öndər Heydər Əliyevi düşünərkən" nominasiyası üzrə ümumtəhsil məktəbləri və peşə liseylərinin 600 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışının 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) təşkil edildiyini vurğulayan təhsil naziri onlardan 5 nəfərin I yerə, 5 nəfərin II yerə, 11 nəfərin III yerə layiq görüldüyünü, 56 nəfərin isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunduğunu nəzərə çatdırıb.

Ətraflı
05.05.2010

Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.

Nazir Fransa ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb.

Ətraflı
04.05.2010

Mayın 3-də Bakıdakı «Crescent Beash» otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Uğur qazanan uşaqların artıq M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Kanadanın Toronto Universiteti və dünyanın ən nüfuzlu digər universitetlərinə kimya ixtisası üzrə imtahansız qəbul olmaq imkanı əldə etməsini mühüm nailiyyət kimi dəyərləndirən təhsil naziri bildirib ki, indiyədək olimpiada qaliblərindən 21 nəfər Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsillərini uğurla davam etdirirlər.

Ətraflı