27.11.2012

Noyabrın 27-də «XXI əsrdə yeni təhsil yanaşması» mövzusunda konfrans keçirilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, bu gün bütün digər sahələrdə olduğu kimi, təhsil prosesini də İKT-nin tətbiqi olmadan təsəvvür etmək qeyri-mümkündür.

Ətraflı
27.11.2012

Təhsil Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı müxalifət mətbuatında dərc olunmuş yanlış və heç bir əsası olmayan fikirlərinə cavab

Ətraflı
26.11.2012

Noyabrın 26-da təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban ilə görüşüb.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40 nəfər azərbaycanlı gəncin İsveçrə universitetlərinə göndərildiyini söyləyən təhsil naziri onların sayının artırılmasının mümkünlüyünü bildirib.

Ətraflı
26.11.2012

Noyabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) «Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar» mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Təhsil naziri Misir Mərdanov konfransda ilkin müəllim hazırlığı, əlavə təhsil və onun istiqamətlərindən biri olan ixtisasartırma problemlərinin müzakirə ediləcəyini söyləyib.

Ətraflı
26.11.2012

Hər il ənənəvi olaraq təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədi ilə müsabiqə keçirilir.

Qeyd edək ki, ölkəmizdə 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli sərəncamına əsasən Təhsil Nazirliyinin müvafiq əmri ilə bu il keçirilməsi nəzərdə tutulmuş müsabiqə 12 nominasiya üzrə təşkil olunub.

Ətraflı
22.11.2012

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı və həmin mərkəzdə aparılmış təlimlərin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Təhsil naziri Misir Mərdanov Azərbaycanın müstəqillik illərində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də ciddi uğurlar qazandığını söyləyib.

Ətraflı
21.11.2012

Noyabrın 21-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Milli Aviasiya Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub.

Ətraflı
19.11.2012

Noyabrın 17-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Kollegiya iclasında “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri”, “2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri”, «Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr», «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzuları müzakirə edilib.

Ətraflı
16.11.2012

Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi işinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirləri uğurla davam etdirir.

Belə ki, 2013-2014-cü tədris ilində V və VI sinif şagirdlərinə dərs deyəcək və bu günədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır.

Ətraflı