• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 28-də Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman, Uşaq-Gənclər Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman məktəbi”, “İlin ən yaxşı məşqçi-müəllimi” və “İlin ən yaxşı idmançısı” nominasiyaları üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov bir neçə ildir ki, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək və rəğbətləndirmək məqsədilə ayrı-ayrı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunduğunu bildirib. Ölkəmizdə idmanın inkişafına daim ciddi fikir verildiyini qeyd edən nazir bu sahəyə göstərilən diqqət və qayğının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, son illərdə isə bu işin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir Azərbaycanın dünya ölkələri arasında tanınmasında, beynəlxalq arenada məşhurlaşmasında idman hərəkatı ilə müqayisə ediləcək digər bir sahənin olmadığını bildirib.
Misir Mərdanov tədbir iştirakçılarına Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri, bu müəssisələrdə inkişaf etdirilən idman növləri, məşqçi-müəllimlər və görülmüş işlər haqqında məlumat verib. 10 nominasiya üzrə keçirilən VII respublika müsabiqəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 158 idman məktəbinin iştirak etdiyini söyləyən nazir qalibləri mərasim iştirakçılarına təqdim edib. Misir Mərdanov iştirakçıları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və olimpiya çempionu Fərid Mansurov idmançılara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.


8 il əvvəl