• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA-nın) təşkilatçılığı, BMT və TİKA-nın dəstəyi ilə «Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları» adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Konfransda respublikanın dövlət qurumlarının təmsilçiləri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, Litva, Estoniya, Özbəkistan və digər ölkələrin idarəçilik akademiyalarının, institut və elmi mərkəzlərinin rəhbərləri, müvafiq sahə üzrə ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi Əlikram Abdullayev açaraq bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan Respublikasında dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarının araşdırılmasından ibarətdir.
Təhsil naziri Misir Mərdanov ilk öncə tədbirdə iştirak edən qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Nazir Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə DİA-da belə bir konfransın keçirilməsini yüksək qiymətləndirib.
Azərbaycanın müstəqilliyinin bərpasında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışan təhsil naziri bu gün onun siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir dövlət başçısının rəhbərliyi altında təhsil sahəsində həyata keçirilən islahatlardan və əldə olunmuş uğurlardan söz açaraq qeyd edib ki, son illər Azərbaycanda təhsil ocaqlarının maddi–texniki bazası xeyli möhkəmlənib və təhsil almaq üçün hər cür şərait yaradılıb.
Misir Mərdanov 90 yaşı tamam olan DİA-nın fəaliyyətindən ətraflı danışıb və bu təhsil ocağının yüksək səviyyəli kadrların yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Konfransda BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçura, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və başqaları da çıxış ediblər.
Sonda Azərbaycanın müstəqillik və inkişaf yoluna həsr olunmuş video-çarx nümayiş etdirilib.
Konfrans öz işini bölmələr üzrə dekabrın 6-da davam etdirəcək.


8 il əvvəl