• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 3-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Kollegiya iclasında “İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının icrası”, “2008-2011-ci illərdə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri”, “2010-2011-ci dərs ilində keçirilən buraxılış imtahanlarının və Milli qiymətləndirmənin yekunları”, “2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı”, “2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurikulumlarının tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili” və digər məsələlər müzakirə edilib.
Kollegiya iclasında təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov  “İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində görülmüş işlər, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri, mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanları və Milli qiymətləndirmənin yekunları, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı, 2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurikulumlarının tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili, ümumtəhsil məktəblərinin istiliklə təminatı, yaş senzi ilə əlaqədar həyata keçirilmiş tədbirlər, pedaqoji işçilərinin dərs yükü normalarının müəyyənləşdirilməsi, dərslik hazırlığı, məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, tam orta təhsilin təmayüllər üzrə təşkili və bir sıra digər məsələlərdən bəhs edib, qarşıda duran vəzifələri diqqətə çatdırıb.


8 il əvvəl