• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 1-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq tədris ocaqlarının akkreditasiyadan keçirilməsi istiqamətində atılan addımların təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili baxımından əhəmiyyətini qeyd edib.
Siyəzən Peşə Məktəbində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru Elxan Cəfərov tədris ocağının fəaliyyəti barədə danışıb. E.Cəfərov Siyəzən Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət və digər göstəricilərindən söz açıb.
Balakən 2 nömrəli Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri, 14 nömrəli Bakı Peşə Məktəbinin direktoru Vidadi Quliyev qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. V.Quliyev daha sonra təqdimat-məruzəsində Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə fəaliyyət imkanlarından bəhs edib.
Sonra hər iki peşə məktəbi üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.
İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 nömrəli Peşə Məktəbinin akkreditasiyası zamanı aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt ərzində aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib, hər iki təhsil müəssisəsinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.


8 il əvvəl