• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 28-də “Hilton-Baku” otelində Minilliyin layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) 5 illik yubileyi və “Gələcək nəsillərlə üz-üzə” IV ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Müsabiqə Rabitə və İnformasiya Texnologiyaları (RİTN), Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və AFC-nin birgə layihəsi olan Minilliyin layihəsinin 15 Qlobal Çağırışı üzrə orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilmişdir.
 Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova qurumun 5 illik fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, 2006-cı ildə AFC və Minilliyin layihəsi arasında əməkdaşlıq və AFC-nin Minilliyin layihəsinin Azərbaycan bölməsi statusunun əldə edilməsi barədə Memorandum imzalanmışdır. Bununla, Azərbaycan bu beynəlxalq təsisatın bölməsinin açıldığı sayca 29-cu ölkə olmuşdur.
 Minilliyin layihəsinin dünya üzrə 40 bölməsinin fəaliyyət göstərdiyini söyləyən R.Hüseynova demişdir ki, bu layihə qlobal, uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olan beyin mərkəzidir. Professor Cerom Kleyton Qlenin rəhbərlik etdiyi Minilliyin layihəsi illik olaraq 15 Qlobal Çağırış üzrə qlobal dəyişiklikdə siyasi qərarların hazırlanması zamanı yeganə buraxılış olan “Gələcəyin durumu” hesabatını hazırlayır. Bu hesabatın 2006-2008-ci və 2011-ci illər üzrə buraxılışı AFC tərəfindən Azərbaycan və rus dillərinə tərcümə edilmişdir. AFC Azərbaycanda ilk bu tipli tədqiqat mərkəzi olaraq, qarşısında müasir meyilləri müəyyən etmək məqsədini qoymuşdur. AFC gələcəyin tədqiqatları zamanı müxtəlif fənlərarası yanaşmalardan, o cümlədən siyasi, iqtisadi, sosial, geosiyasi analizdən istifadə edir və mentalitet, tarix, din, yerli münaqişələr, təhlükəsizlik məsələləri və qlobal meyillər kimi amilləri nəzərə alır.
R.Hüseynova AFC-nin fəaliyyətinin bir istiqamətinin də Azərbaycanın mədəni dəyərlərinin təbliği ilə bağlı olduğunu demişdir. Bildirmişdir ki, AFC-nin RİTN və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyi ən son layihələrdən biri “Azərbaycanın gələcək durumu” indeksi araşdırmasıdır. Bu araşdırmanın ilk mərhələsində ölkənin gələcək durumu ilə bağlı onlayn tədqiqat sorğusu keçirilmiş və hesabat şəklində çap edilmişdir.
Sonra AFC-nin fəaliyyətinə həsr olunmuş videosüjet nümayiş olunmuşdur.
 Elmi tədqiqat işlərindən danışan Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlend qeyd etmişdir ki, dünya tədqiqatçıları qarşımızda böyük problemlər olduğunu bildirmişlər. Lakin 15 illik tədqiqatlardan sonra mən inanmışam ki, bütün bu problemlərin əslində həlli vardır. Sadəcə olaraq zəkalı, ağıllı insanları tapıb, onların birgə fəaliyyətini təşkil etmək lazımdır.
 Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AQUPDK-nın sədri Hicran Hüseynova, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AFC-nin fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, 5 ildə fəaliyyətini bir sıra istiqamətlərdə həyata keçirən AFC-nin müxtəlif qurumlarla birgə əməkdaşlığı nəticəsində gələcəyin tədqiqatları ilə bağlı tanınmış xarici mütəxəssislər Azərbaycana cəlb edilmiş, beynəlxalq konfrans və toplantılarda Azərbaycan təmsil olunmuşdur.
 Tədbirdə cəmiyyətin xarici əməkdaşlarının videotəbrikləri səsləndirilmişdir.
 Sonda qaliblərə sertifikat və qiymətli hədiyyələr təqdim olunmuşdur.
 
AzərTAc


8 il əvvəl