• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 25-də «Landmark» otelinin Rotunda zalında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) 5 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları səmimi salamlayıb.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ilk növbədə mərkəzin bütün əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara öz işlərində yeni-yeni uğurlar arzulayıb.
Misir Mərdanov öz çıxışında qeyri-hökumət təşkilatlarının fəaliyyətinin ölkənin inkişafındakı əhəmiyyətindən bəhs edib. Artıq ölkəmizdə təhsillə bağlı bir neçə belə qurumun olduğunu bildirən nazir onların bütün layihələrinin Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin ölkədə dərslik siyasətinin formalaşması, inklüziv təhsil, xüsusən də məktəb liderlərinin hazırlanması üzrə çoxsaylı layihələr həyata keçirdiyini və bu fəaliyyətin nəticələrinin həmin sahələrin inkişafında böyük əhəmiyyət kəsb edəcəyinə inandığını qeyd edib.
Tədbirdə Misir Mərdanov təşkilatın bir qrup əməkdaşının Təhsil Nazirliyinin «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı və fəxri fərmanları ilə təltif edildiyini bildirərək Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində çalışanlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmağı arzulayıb.
Mərasimdə mərkəzin 5 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və MTTYM-in icraçı direktoru Ülviyyə Mikayılovanın bununla bağlı təqdimatı olub.
Sonra tədbir iştirakçılarına uşaq xorunun ifasında konsert proqramı təqdim olunub.
Tədbirin sonunda canlı debat keçirilib və müzakirə olunan məsələnin nəticələri səsvermə yolu ilə müəyyən edilib.


8 il əvvəl