• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 10-da Təhsil Nazirliyində “Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda təqdimat dinlənilib.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bu yaxınlarda Bakıda keçirilmiş YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasının əhəmiyyətindən söz açıb. Nazir Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasının YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirildiyini bildirib.
Azərbaycana gəlmiş YUNESKO-nun baş direktor müavini, Sosial və Humanitar Sektorun rəhbəri xanım Pilar Alvares-Lason ilə Təhsil Nazirliyində keçirilmiş görüşdə müzakirə olunmuş məsələləri nəzərə çatdıran Misir Mərdanov son zamanlar AMEA-nın İnsan Hüquqları İnsitutunun rəhbərliyi və müvafiq sahə üzrə məşğul olan əməkdaşları ilə Azərbaycanda bioetikanın tədrisinin təşkili məsələləri barədə dəfələrlə müzakirələrin aparıldığını qeyd edib. Nazir bildirib ki, bioetikanın tibbi və sosial-humanitar elmlərin tədrisində əhəmiyyətini nəzərə alaraq bir sıra ali məktəblərdə müvafiq kafedraların yaradılması, doktorantura səviyyəsində bioetikanın yeni ixtisas kimi təsdiq olunması nəzərdə tutulur.
“Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda təqdimat-məruzə ilə çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosunun rəhbəri Vüqar Məmmədov bioetikanın insanın təbabət və biologiya, yeni texnologiyaların tətbiqi sahəsindəki fəaliyyətinin mənəvi tərəfləri haqqında elm olduğunu söyləyib. 1993-cü ildən etibarən YUNESKO tərəfindən Bioetika Proqramının reallaşdırıldığını bildirən direktor müavini YUNESKO-nun bioetika kafedralarının fəaliyyəti və vəzifələri barədə geniş məlumat verib. Mütəxəssislər, geniş ictimaiyyət və digər qruplar üçün bioetika üzrə maariflənmənin yüksəldilməsi, bu sahədə universitetlərlə YUNESKO arasında əməkdaşlığın genişləndirilməsi və tədris prosesinin təşkili baxımından müvafiq kafedraların fəaliyyətinin əhəmiyyətini vurğulayan Vüqar Məmmədov Bioetika və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin əsas prinsiplərindən bəhs edib.
YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosunun rəhbəri qeyd edib ki, ölkəmizin sürətli iqtisadi inkişafı, regionda lider dövlətə çevrilməsi, yeni texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi Azərbaycanda bioetikanın aktuallığını daha da artırır. YUNESKO-nun MDB üzrə analitik icmalını diqqətə çatdıran Vüqar Məmmədov Azərbaycanda bioetika sahəsində həyata keçirilən işlər haqqında məlumat verib. YUNESKO-nun Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşrinin və bir sıra digər tədbirlərin reallaşdırılmasının nəzərdə tutulduğunu söyləyən direktor müavini bioetika üzrə yeni etik çağırışlar və tədqiqat sahələrinin əhatə etdiyi məsələlərə toxunub.
Sonra mövzu ilə bağlı suallara aydınlıq gətirilib, bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva belə bir səmərəli tədbirin keçirilməsinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Bioetikanı insan hüquqlarının tərkib hissələrindən biri kimi səciyyələndirən millət vəkili İnsan Hüquqları İnstitutu üçün yeni istiqamət olan bu sahənin ölkəmizdə maraqla qarşılandığını nəzərə çatdırıb. Geni modifikasiya olunmuş qida məhsulları, tibbi hüquq və bioetika (transplantologiya) haqqında fikirlərini bildirən direktor bu sahədə müasir dünya təcrübəsindən istifadənin zəruriliyini konkret misallarla önə çəkib.
Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, Azərbaycan Tibb Universitetinin dosenti Gülnarə Səfərova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Ədalət Fərəcov ali məktəblərdə bioetikanın tədris olunmasının əhəmiyyətindən söhbət açıb, bunun müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı işinə müsbət təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.
Təqdimatın və səsləndirilən digər fikirlərin maraqlı olduğunu bildirən təhsil naziri Misir Mərdanov bioetika sahəsində Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin zəruriliyini vurğulayıb. Müvafiq inkişaf proqramının hazırlanmasını vacib hesab etdiyini söyləyən nazir deyib ki, bioetikanın tədrisinə ali məktəblərdən başlanılsa da, daha sonra bu, bütün təhsil sistemini əhatə edə bilər. Bioetikanı tədris edəcək mütəxəssislərin əlavə təhsil qaydaları çərçivəsində hazırlanmasının məqsədəuyğunluğunu önə çəkən təhsil naziri müvafiq tövsiyələrini verib, növbəti tədris ilinə qədər bu baxımdan görüləcək işləri nəzərə çatdırıb.


8 il əvvəl