• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 26-da təhsil naziri Misir Mərdanov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru Əsəd Alamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrin uğurla davam etdiyini bildirib. Birgə görülən işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun formalaşdığını qeyd edən təhsil naziri Azərbaycan təhsilində baş verən irəliləyişlər haqqında ətraflı məlumat verib. Misir Mərdanov Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində həyata keçirilmiş yeni fənn kurikulumlarının tətbiqi, məktəbəqədər təhsil kurikulumu layihəsinin hazırlanması, ixtisasartırma, ibtidai sinif müəllimləri üçün yeni kurikulum üzrə keçirilmiş təlimlər, beynəlxalq və milli qiymətləndirmə, təhsili idarəetmə orqanlarında aparılmış struktur dəyişiklikləri, müəllimlərin işə qəbulu qaydaları və Dünya Bankı ilə birgə reallaşdırılan digər layihələrdən söz açıb.
Təhsil naziri son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub. Nazir Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində müsbət irəliləyişə nail olunduğunu və bir sıra istiqamətlər üzrə nəzərdə tutulan layihələrin icrasının intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə daim qayğı ilə yanaşdığını bildirən Misir Mərdanov son illərdə 2000-dən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini, tədris ocaqlarının maddi-texniki təchizatının nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını vurğulayıb. Nazir təhsilin inkişafı ilə bağlı dövlət başçısının imzaladığı sərəncam və proqramlar çərçivəsində olduqca əhəmiyyətli işlərin görüldüyünü nəzərə çatdırıb. Təhsil naziri həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin reallaşdırılmasında da Dünya Bankı ilə əməkdaşlığın mühüm nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru Əsəd Alam təhsil sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan qonaq təhsil sektorunda həyata keçirilən bütün layihələrin uğurla nəticələndiyini bildirib. Yaxın zamanlarda nəzərdə tutulmuş digər layihələrin də reallaşdırılacağına inamını ifadə edən Əsəd Alam Dünya Bankının bundan sonra da birgə əməkdaşlıq çərçivəsində Azərbaycana hər cür kömək etməyə hazır olduğunu nəzərə çatdırıb.
Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın əsas istiqamətləri və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.


8 il əvvəl