• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak etmişdir.

Azərbaycan Prezidentinin “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 2009-cu il 4 dekabr tarixli Sərəncamına əsasən məktəbin tikintisinə 2010-cu ilin yanvarında başlanılmış, cari ilin yanvarında başa çatdırılmışdır.
Bildirildi ki, hələ sovet dövründə Birinci Şıxlı kəndində bir neçə məktəb binası tikilsə də, onlar mövcud tələbatı ödəyə bilməmişdi. Torpaq sürüşməsinə meyilli ərazilərdə, üstəlik də keyfiyyətsiz tikilən binalar istismar müddəti bitməmiş uçub dağılırdı. 1987-ci ildə istifadəyə verilən məktəb binası da eyni təhlükə ilə üzləşmişdi.
Tikinti işlərinə başlayarkən əvvəllər buraxılan səhvlər dərindən təhlil edilmiş, binanın özülü tam monolit betondan tökülmüşdür. Müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə təlim-tədrisin uğurla və keyfiyyətlə aparılması üçün bütün şərait yaradılmışdır. Burada 49 otaq, o cümlədən 27 sinif otağı, zəruri avadanlıqla təchiz olunmuş idman salonu var. Məktəb istilik sistemi ilə təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları da diqqət mərkəzində saxlanılmış, fənn laboratoriyalarında bütün lazımi şərait yaradılmışdır.
Prezident İlham Əliyev yeni binanın açılışını bildirən lenti kəsdi, sinif otaqlarına, idman salonuna baxdı.
 
AzərTAc.


8 il əvvəl