• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 8-də Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin təşəbbüsü ilə 12 saylı Bakı Peşə Liseyində “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafi Üzrə Dövlət Proqramının (2007 - 2012- ci illər) ” tələblərinə uyğun olaraq texniki- peşə təhsilinin məzmununun təkmilləşdirilməsi üzrə seminar keçirilib.

Yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə təşkil olunan bu seminarda Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin əməkdaşları, texniki peşə təhsili müəssisələrinin rəhbərləri, istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri iştirak edib.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru Rəsul Əsgərov mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, qarşıda duran məsələlər haqqında məruzə ilə çıxış ediblər.
Sonra seminar iştirakçıları peşə təhsilinin mövcud durumuna bir daha nəzər salaraq, faydalı məsələləri qəbul etməklə geniş müzakirələr aparıblar. Seminarda təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyacları nəzərə alınmaqla qiymətləndirilməli olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək də planlaşdırıldı.


8 il əvvəl