“Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərinə təlim-təcrübə səfəri təşkil edilib.
“Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının dəstəyi ilə “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində 21-24 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərinə təlim-təcrübə səfəri təşkil edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Gürcüstanın əmək, səhiyyə və sosial işlər nazirinin müavini David Lomidze, Sosial xidmətlər şöbəsinin müdiri cənab Moris Tsamalaşvali, Sosial proqramlar şöbəsinin müdir müavini xanım Eka Saneblidze, Uşaqlar, əlilliyi olan şəxslərə və ahıllara qayğı üzrə idarənin direktoru xanım Tamar Makharaşvili, eyni zamanda Gürcüstanda de-institusionalizasiya sahəsində islahatların həyata keçirilməsi istiqamətində Gürcüstan hökumətinin əsas tərəfdaşı olan “Every Child” təşkilatının ölkə üzrə direktoru Andro Dadiani ilə görüşlər keçirilib.
Görüşlər zamanı Gürcüstanın Sosial Xidmətlər Departamenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi arasında birgə əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilib. Müzakirələrdə Azərbaycanın de-institusionalizasiya sahəsində təcrübəsi yüksək qiymətləndirilib, bu təcrübənin öyrənilməsi, dövlət uşaq müəssisələrində qiymətləndirilmənin keçirilməsi üçün sorğuların tərtib edilməsi və dövlət uşaq müəssisələrinin transformasiya olunması məqsədilə Gürcüstanın Sosial Xidmətlər Departamenti əməkdaşlarının Azərbaycana səfərinin təşkil olunması haqda razılığa gəlinib.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42