• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iclas zalında 147 saylı Texniki-humanitar liseyin 10 illiyi və görkəmli alim, akademik Azad Mirzəcanzadənin anadan olmasının 80-ci ildönümü münasibətilə tədbir keçirilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, paytaxtın bir sıra orta məktəblərinin rəhbərləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbiri liseyin fəxri direktoru, Milli Məclisin üzvü, professor Nizami Cəfərov açıb.
Liseyin direktoru, respublikanın əməkdar müəllimi Həlimə Mehdiyeva liseyin yaranma tarixi, keçdiyi yol barədə məruzə edib.
Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov 10 yaşı qeyd olunan liseyin yubileyi ilə Azərbaycan elminin görkəmli nümayəndəsi Azad Mirzəcanzadənin 80 illiyinin birgə qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Akademik Azad Mirzəcanzadənin böyük alim, əsil vətəndaş olduğunu söyləyən nazir onun hər bir alimin öz məktəbini yaratması ideyasının təşəbbüskarı kimi çıxış etdiyini və bu baxımdan bir nümunə olduğunu nəzərə çatdırıb.
Daha sonra nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatlarının ölkəmizdə böyük uğurla həyata keçməsindən, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan, Heydər Əliyev Fondunun təhsillə bağlı təşəbbüslərindən danışaraq qeyd edib ki, son 5 ildə ölkəmizdə 283 məktəb, uşaq bağçası və digər tədris ocaqları tikilib istifadəyə verilib.
10 illik yubileyi qeyd olunan liseydə qısa müddət ərzində çox böyük işlərin görüldüyünü vurğulayan Misir Mərdanov möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə tədris ocağının «İlin ən yaxşı məktəbi» seçildiyini, direktor Həlimə Mehdiyevanın əməyinin layiqincə qiymətləndirilərək ona «Əməkdar müəllim» fəxri adının verildiyini bildirib.
Çıxışının sonunda məktəbin kollektivinə ünvanlanmış təbrikini direktora çatdıran nazir liseyin bir qrup müəlliminə Təhsil Nazirliyinin Fəxri fərmanını, 3 nəfər müəllimə isə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanını təqdim edib.
Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü Vaqif Abbasov, professorlar Eldar Şahbazov, Sudeyif İmamverdiyev, Paşa Qəlbinur, Elmira Ramazanova, T.Salavatov, xalq şairi Zəlimxan Yaqub, liseyin məzunları Validə Qafarova, T.Şükürova, Milli Aerokosmik Agentliyinin direktoru A.Şirinzadə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və başqaları Azad Mirzəcanzadə ilə bağlı xatirələrini söyləyib və liseyin kollektivinə yeni-yeni uğurlar arzu ediblər.


8 il əvvəl