• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 12-də “Gülüstan” sarayında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın illik fəaliyyətinə həsr olunmuş “Müasir tədris texnologiyaları” mövzusunda konfrans keçirilib.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil nazirinin müavinləri, millət vəkilləri, ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri, ölkənin informasiya-kommunikasiya texnologiyaları sektorunda çalışan qurumların rəhbərləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Konfransda ölkənin təhsil siyasətində tətbiq edilən müasir təlim texnologiyalarından bəhs edən film nümayiş etdirilib. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov Dövlət Proqramı çərçivəsində bir il müddətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məruzə-təqdimatla çıxış edib. Konfrans iştirakçıları Dövlət Proqramı çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə tədbirlərin reallaşdırılmasında yaxından iştirak edən AZEDUNET, Mədəd Humanitar təşkilatları, ULTRA və Microsoft şirkətləri, İntel korporasiyası rəhbərlərinin təqdimatları ilə tanış olublar.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Tədbir iştirakçılarını salamlayan nazir öz çıxışında ölkənin təhsil sisteminin informasiyalaşdırılması sahəsində irəliləyiş olduğunu vurğulayıb. Dövlət Proqramı çərçivəsində bir il ərzində xüsusi əhəmiyyətə malik tədbirlərin həyata keçirilməsindən bəhs edən nazir yaxın gələcəkdə bu işdə daha böyük uğurların qazanılacağına inandığını bildirib.
Konfransda çıxış edənlər Dövlət Proqramının icrası istiqamətində görülmüş işləri yüksək qiymətləndiriblər.


8 il əvvəl