"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarət gücləndirilib. Belə ki, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanları üçün yeni imkanlar yaradılıb.
Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər. Həmçinin platformada xüsusi yaradılmış qruplar üzrə müəllimlərlə birgə keçirilən pedaqoji şuralarda pandemiya dövründə dərslərin onlayn formada təşkil edilməsinin vacibliyi diqqətə çatdırılır.
Qeyd edək ki, yeni nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42