• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 6-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Respulikası Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüblər.
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, müstəqil Azərbaycanın hər yerində çağdaş dövlətçiliyimizin memarı və qurucusu, təhsil strategiyasının müəllifi, uşaqların, məktəblilərin, gənclərin böyük dostu ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd edilməkdədir. Nazir ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsi haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. "Ulu öndər Heydər Əliyevi düşünərkən" nominasiyası üzrə ümumtəhsil məktəbləri və peşə liseylərinin 600 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışının 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) təşkil edildiyini vurğulayan təhsil naziri onlardan 5 nəfərin I yerə, 5 nəfərin II yerə, 11 nəfərin III yerə layiq görüldüyünü, 56 nəfərin isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunduğunu nəzərə çatdırıb.
Misir Mərdanov inşa yazılarında məktəblilərin ulu öndər haqqında fikir və düşüncələrini özünəməxsus səmimi hisslərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə etdiklərini bildirib. Təhsil naziri onu da qeyd edib ki, müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluna, parlaq siyasi və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş inşa yazılarının "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab şəklində nəşr olunub qaliblərə və onların oxuduqları məktəblərə hədiyyə edilməsi artıq bir ənənəyə çevrilib. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında həmin nominasiya üzrə keçirilmiş müsabiqənin 10 nəfər qalibinin inşa yazıları da adıçəkilən kitaba daxil edilib.
Təhsil naziri müstəqil Azərbaycanın milli təhsil quruculuğu strategiyasının banisi Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən təhsil sisteminin davamlı inkişaf yolunun bir sıra məqamlarından bəhs edib. Son illərdə Azərbaycan təhsilinin dinamik inkişafının əsas səbəblərini sadalayan nazir çıxışının sonunda bütün təşkilatçılara və müsabiqənin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirib.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, millət vəkili Əli Əhmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib. Əli Əhmədov ötən il olduğu kimi bu il də I, II, III yerləri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən aylıq təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb və qaliblərə uğurlar arzulayıb.
Azərbaycan Respulikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu məsələnin ölkə başçısı cənab İlham Əliyev tərəfindən də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Millət vəkili müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq onların pulla mükafatlandırılacaqlarını bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən layihələrdən söz açıb. Fondunun icraçı direktoru müsabiqənin əhəmiyyətli olduğunu, Heydər Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevanın qərarına əsasən bu müsabiqənin 21 qalibinin Belçika Krallığına, Fransa Respublikası və Almaniya Federativ Respublikasına göndəriləcəklərini bildirib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müsabiqə qaliblərini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Sonra I, II, III yerlərin qalibləri olan 21 nəfər və Fəxri fərmana layiq görülən 56 nəfər səhnəyə dəvət edilib. I, II, III yerlərin qaliblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olunub.


8 il əvvəl