“Nəsimi İli”nə həsr olunmuş çempionat
Mayın 25-də “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.
Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.
Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq.
Məktəb çempionatı ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək.
Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42