“Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans
Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Media və təhsil dialoqu” mövzusunda altıncı təlim-konfrans keçiriləcək.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının rəhbərləri, ali təhsil müəssisələrininin mətbuat xidmətlərinin rəhbərləri iştirak edəcəklər.
Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.
Təlim-konfransdan əvvəl pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrin dərs prosesi izlənəcək. Daha sonra “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik”, “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri” mövzularında təqdimatlar olacaq.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42